Traktorçu (Beyləqan İFT)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 17 iyun 2026
Təsvir
Traktor idarə etmə hüququ verən vəsiqə, traktor idarə etmək hüququ verən etibarnamə və ya yol vərəqəsi iş zamanı üzərində saxlamalıdır;
Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır;
Traktorda aşkar olunmuş texniki nasazlığın aradan qaldırılmasında iştirak edir;
İşdən əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır;
İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir;
Texnoloji rejim normalarına, texnoloji reqlament və təlimatlarına ciddi riayət etməli;
Zavodun rəhbərliyinin göstərişlərini operativ çəkildə yerinə yetirməli;
Traktorda kənar şəxslərin olmasına yol verməməli;
Traktora yükləmə işi apararkən təhlükəsizlik qaydalarına riayət etmək, traktorun mövcud yük götürmə qabiliyyətindən artıq yüklənməsinə yol verməmək;
Traktoru idarə edən zaman sürət həddinə ciddi riayət etmək;
Traktorla aqrotexniki işlər apararkən tələb olunan bütün qayda və normativlərə ciddi riayət etmək;
Traktora onun qoşqu, lafetinə adam mindirmək, lafeti adamların daşınmasında istifadə etmək qəti qadağandır.
Dərman səpən quruğularda dərman hazırlayarkən yalnız aqranom və ərazi nümayəndəsinin iştirakı ilə həyata keçirmək, münasib FMV-dən (Fərdi Mühafizə Vasitələri) istifadə etmək. HSE/02/054 “Traktorçu üçün əməyin mühafizəsi təlimatı” da bildirilən təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər
Traktor idarə etmə hüququ verən vəsiqə;
Analoji sahədə ən az 1 il iş təcrübəsi;
Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisə daxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17237
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+