SƏTƏMM şöbəsinin müdiri (Sabirabad)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 17 iyun 2026
Təsvir
Şirkətin SƏTƏM strategiyasına uyğun olaraq işlərin planlaşdırılması və tətbiqinə nəzarət;
SƏTƏM şöbəsinin, filiallar da daxil olmaqla, illik büdcəsinin hazırlanması;
Bütün heyət üçün Fərdi Mühafizə Vasitələrinin planlaşdırılması və lazımi filiallara çatdırılması işinin izlənilməsi;
SƏTƏM işi ilə bağlı şirkət üzrə boşluq analizlərinin aparılması və yaxşılaşdırmaların təmin edilməsi;
İşə yeni qəbul olunmuş işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq təlimatların verilməsini təmin etmək;
SƏTƏM şöbəsinə aid bütün audit tapıntılarının və kənar audit nəticələrinin emal edilməsi, bağlanması ilə bağlı tədbirlərin görülməsi və rəhbərliyə hesabatın təqdim edilməsi;
Şirkət daxilində SƏTƏM mədəniyyətinin formalaşdırılması və işçilərin koordinasiyalı şəkildə proseslərə cəlb edilməsi;
İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlərin hazırlanaraq həyata keçirilməsinin təşkil edilməsi;
Qəza/hadisələrlə bağlı araşdırmalarda iştirak etmək, həmçinin statistikanın təhlilini apararaq trendləri müəyyənləşdirmək və inkişaf planlarını təklif etmək;
SƏTƏM standartlarının tətbiqi və davamlı inkişaf etdirilməsi işinin təşkili;
Davamlı yaxşılaşdırma prosesinin aparılması üçün müvafiq tədbirlərin planlaşdırılması işinin təşkili;
Tullantıların idarə edilməsi prosesinin tənzimlənməsi üçün müvafiq qanunvericilik və standart tələblərinin nəzərdən keçirilməsi, aidiyyəti üzrə hesabatlılığın təyini;
Şirkət daxilində müvafiq ISO standartları üzrə (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 17025:2017, GOTS, NOP, ISO 14064-1:2018) proseslərdə iştirak etmək və inteqrə olunmuş idarəetmə sistemində müvafiq standartlara əsasən SƏTƏM tələblərinin dəyərləndirilməsi, mövcud standartlara uyğun proseslərin uyğunlaşdırılması;
Sənədləşdirilmiş məlumatların idarə olunması prosesinə uyğun olaraq, lazım gəldikdə məlumat bazasının yaradılması və mövcud məlumatların analiz edilərək prosesin inkişafı üçün girişlərin təyin edilməsi işinin koordinasiyası;
SƏTƏM şöbəsinə aid daxili audit prosesinin plana uyğun olaraq aparılması, xarici audit proseslərində iştirak, audit zamanı yaranan uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin planlaşdırılması və müvafiq kök səbəb analizlərinin aparılması;
Yerləşdiyi ərazidə SƏTƏM qaydalarının icrasına ciddi nəzarət;
Qanunvericiliklə bağlı müvafiq SƏTƏM proseslərinin şirkət fəaliyyətinə uyğunlaşdırılması.
Əlavə məlumat:
Əmək haqqı razılaşma əsasında;
İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
Könüllü Tibbi Sığorta
Tələblər
Müvafiq sahə üzrə bakalavr təhsili, magistr təhsili olması üstünlükdür;
SƏTƏM-lə bağlı yerli qanunvericilik tələblərini başa düşməli və icra etməli;
İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, IOSH, COSHH, NEBOSH üzrə məlumatlılıq. Sertifikatların olması üstünlükdür;
FHN Yanğın təhlükəsizliyi, Hadisələrin araşdırılması, Qapalı sahədə iş, Hündürlükdə iş sertifikatları;
Müvafiq sahələrdə ən azı 5 ildə yuxarı təcrübə, kənd təsərrüfatı sahəsində 2 il təcrübəsi;
Müstəqi qərar vermə, liderlik səriştələri.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17235
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+