Ana Səhifə
Vakansiyalar
Nəqliyyat və Logistika
Anbardar

Hazır məhsullar üzrə anbardar (Saatlı)

Hazır məhsullar üzrə anbardar (Saatlı)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 17 iyun 2026

Təsvir

  • Hazır məhsulların qəbulunu, yerləşdirilməsini və sistemə mədaxil edilməsini təmin etmək;

  • Məhsulların anbarda düzgün yığılmasını, saxlanılmasını və etiketlənməsini təmin etmək;

  • Hazır məhsulların təhlükəsiz saxlanılmasına və mədaxil-məxaric sənədlərinin düzgün aparılmasına nəzarət etmək;

  • Sifarişlər üzrə malların düzgün bölgüsünü aparmaq və filiallara təhvil verilməsini təmin etmək;

  • Malların vaxtında yüklənməsi, boşaldılması və göndərilməsi prosesini təşkil etmək;

  • Anbar sənədlərinin və hesabatların düzgün aparılmasını təmin etmək;

  • Stok səviyyəsinə nəzarət etmək və inventarizasiya prosesində iştirak etmək;

  • Zədələnmiş və yararsız məhsulları müəyyən etmək, qeydiyyatını aparmaq və rəhbərliyə məlumat vermək;

  • Anbarın təmizliyinə, avadanlıqların sazlığına və yanğından mühafizə vasitələrinə nəzarət etmək;

  • Əmək təhlükəsizliyi, daxili qayda və prosedurlara riayət olunmasını təmin etmək.

Tələblər

  • FIFO, LIFO və stok idarəetmə prinsiplərini bilmək;

  • Inventarizasiya və stok nəzarəti üzrə biliklərə malik olmaq;

  • Barkod, skaner və anbar avadanlıqları ilə işləmə bacarığına sahib olmaq;

  • WMS, ERP, 1C, SAP və Logo proqramlarından istifadə bacarığına malik olmaq;

  • MS Excel proqramında işləmə bacarığını bilmək;

  • Forklift və digər anbar texnikalarının istifadə qaydalarını bilmək;

  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilmək;

  • Qaimə-faktura, təhvil-təslim aktı və digər anbar sənədləri ilə işləmə bacarığına malik olmaq;

  • Anbarda materialların düzgün saxlanılması və yerləşdirilməsi qaydalarını bilmək;

  • Anbar təsərrüfatı və müvafiq qanunvericilik üzrə ümumi biliklərə malik olmaq.

Necə Müraciət Etmək Olar

Prime Cotton

Prime Cotton

Manufacturing

Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17234

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Traktorçu (Beyləqan İFT)

Tam Ştat

Traktor idarə etmə hüququ verən vəsiqə, traktor idarə etmək hüququ verən etibarnamə və ya yol vərəqəsi iş zamanı üzərində saxlamalıdır; Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır; Traktorda aşkar olunmuş texniki nasazlığın aradan qaldırılmasında iştirak edir; İşdən əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır; İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir; Texnoloji rejim normalarına, texnoloji reqlament və təlimatlarına ciddi riayət etməli; Zavodun rəhbərliyinin göstərişlərini operativ çəkildə yerinə yetirməli; Traktorda kənar şəxslərin olmasına yol verməməli; Traktora yükləmə işi apararkən təhlükəsizlik qaydalarına riayət etmək, traktorun mövcud yük götürmə qabiliyyətindən artıq yüklənməsinə yol verməmək; Traktoru idarə edən zaman sürət həddinə ciddi riayət etmək; Traktorla aqrotexniki işlər apararkən tələb olunan bütün qayda və normativlərə ciddi riayət etmək; Traktora onun qoşqu, lafetinə adam mindirmək, lafeti adamların daşınmasında istifadə etmək qəti qadağandır. Dərman səpən quruğularda dərman hazırlayarkən yalnız aqranom və ərazi nümayəndəsinin iştirakı ilə həyata keçirmək, münasib FMV-dən (Fərdi Mühafizə Vasitələri) istifadə etmək. HSE/02/054 “Traktorçu üçün əməyin mühafizəsi təlimatı” da bildirilən təhlükəsizlik qaydalarına riayət etmək.

SƏTƏM üzrə mütəxəssis (Ağcabədi)

Tam Ştat

Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat edir; Müəssinin ərazisində xüsusi yanğından mühafizə vasitlərinin yerləşməsini müəyyən edir və onların daim hazır vəziyyətdə, istifadəyə yararlı olmasını nəzarətdə saxlayır. Ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyə, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təhlükəsizlik texnikası və əməyin mühafizəsi barədə Cəmiyyətin rəhbərliyinin əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət və qəbul olunmuş qərarların icrasını təmin edir; Kənd təsərrüfatı texnikasının istismarı və təmiri zamanı SƏTƏM qaydalarına əməl olunmasına nəzarət edir; Təlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün planların hazırlanmasında iştirak edir; Təbii mühitin qorunması, təlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsindəki fəaliyyətini təhlil edir və müvafiq arayış və hesabatlar hazırlayır; İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət edir; Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət edir; İş planında və kollektiv müqavilələrdə əməyin mühafizəsi üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə nəzarət edir; Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid olan rüblük və illik hesabatları hazırlayır və təqdim edir; Obyektlərin səs, vibrasiya, zərərli qaz, şualanma səviyyəsinin və s. ölçülməsinə nəzarət edir; İş paltarı, ayaqqabı və digər fərdi və kollektiv mühafizə vasitələrinin istifadəsinə nəzarət edir; Müvafiq struktur bölmələri ilə birlikdə təhlükəsizlik qaydaları və normaları üzrə yeni layihələrin, standartların və digər sənədlərin baxılmasını təşkil edir və müşavirə keçirir; Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində, əməyin mühafizəsi tələblərinə müvafiq ış yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərir; İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin müəyyənləşdirilməsi və ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak edir; İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ huquqi aktların tələbləri səviyyəsinə çatdırılması istiqamətində tədbirlər hazırlayır, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərir; Qurğuların, aqreqatların, dəzgəhların və digər avadanlıqların təmirdən sonra qəbul komissiyalarının işində iştirak edir; Qüvvədə olan təlimatların yenidən işlənməsini təşkil edir, işçilərə təhlükəsiz iş üsulların öyrədilməsində, iş rəhbərlərinə metodiki yardım edir; Əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət edir, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər verir, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə rəhbərliyə təqdimat verir; İş fəaliyyətini Əmək Məcəlləsi, əməyin mühafizəsi ilə bağlı norma və qaydalar və digər əlaqəli qanunvericilik aktlarına uyğun təşkil edir; Əməyin mühafizəsi işləri üzrə işləyib hazırladığı sənədləri baş mühəndislə müvafiq qaydada razılaşdırır; Ətraf mühitin qorunması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət edir; İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak edir. Müəssisə rəhbərləri ilə birlikdə hadisənin səbəblərini təhlil edir və bədbəxt hadisələrin qarşısının alınması üçün tədbirlər görür; Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

SƏTƏMM şöbəsinin müdiri (Sabirabad)

Tam Ştat

Şirkətin SƏTƏM strategiyasına uyğun olaraq işlərin planlaşdırılması və tətbiqinə nəzarət; SƏTƏM şöbəsinin, filiallar da daxil olmaqla, illik büdcəsinin hazırlanması; Bütün heyət üçün Fərdi Mühafizə Vasitələrinin planlaşdırılması və lazımi filiallara çatdırılması işinin izlənilməsi; SƏTƏM işi ilə bağlı şirkət üzrə boşluq analizlərinin aparılması və yaxşılaşdırmaların təmin edilməsi; İşə yeni qəbul olunmuş işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq təlimatların verilməsini təmin etmək; SƏTƏM şöbəsinə aid bütün audit tapıntılarının və kənar audit nəticələrinin emal edilməsi, bağlanması ilə bağlı tədbirlərin görülməsi və rəhbərliyə hesabatın təqdim edilməsi; Şirkət daxilində SƏTƏM mədəniyyətinin formalaşdırılması və işçilərin koordinasiyalı şəkildə proseslərə cəlb edilməsi; İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlərin hazırlanaraq həyata keçirilməsinin təşkil edilməsi; Qəza/hadisələrlə bağlı araşdırmalarda iştirak etmək, həmçinin statistikanın təhlilini apararaq trendləri müəyyənləşdirmək və inkişaf planlarını təklif etmək; SƏTƏM standartlarının tətbiqi və davamlı inkişaf etdirilməsi işinin təşkili; Davamlı yaxşılaşdırma prosesinin aparılması üçün müvafiq tədbirlərin planlaşdırılması işinin təşkili; Tullantıların idarə edilməsi prosesinin tənzimlənməsi üçün müvafiq qanunvericilik və standart tələblərinin nəzərdən keçirilməsi, aidiyyəti üzrə hesabatlılığın təyini; Şirkət daxilində müvafiq ISO standartları üzrə (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 17025:2017, GOTS, NOP, ISO 14064-1:2018) proseslərdə iştirak etmək və inteqrə olunmuş idarəetmə sistemində müvafiq standartlara əsasən SƏTƏM tələblərinin dəyərləndirilməsi, mövcud standartlara uyğun proseslərin uyğunlaşdırılması; Sənədləşdirilmiş məlumatların idarə olunması prosesinə uyğun olaraq, lazım gəldikdə məlumat bazasının yaradılması və mövcud məlumatların analiz edilərək prosesin inkişafı üçün girişlərin təyin edilməsi işinin koordinasiyası; SƏTƏM şöbəsinə aid daxili audit prosesinin plana uyğun olaraq aparılması, xarici audit proseslərində iştirak, audit zamanı yaranan uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin planlaşdırılması və müvafiq kök səbəb analizlərinin aparılması; Yerləşdiyi ərazidə SƏTƏM qaydalarının icrasına ciddi nəzarət; Qanunvericiliklə bağlı müvafiq SƏTƏM proseslərinin şirkət fəaliyyətinə uyğunlaşdırılması. Əlavə məlumat: Əmək haqqı razılaşma əsasında; İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30); Könüllü Tibbi Sığorta