Tornaçı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 11 may 2026

Təsvir

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Birləşmiş emalatxanalara Tornaçı axtarırıq!

Namizəd metal emalı üzrə torna işlərini texnoloji prosesə və normativ tələblərə uyğun şəkildə yerinə yetirməli, dəzgahın düzgün sazlanmasını və təhlükəsiz istismarını təmin etməli, detalların ölçü-dəqiqliyinə nəzarət etməklə yanaşı, gündəlik əmək fəaliyyətini təsdiq olunmuş vəzifə təlimatına uyğun və yüksək məsuliyyətlə icra etməlidir.

Sizi hansı öhdəliklər gözləyir?

  • Tornalama işlərini (detalların emalı, yonma, kəsmə, yiv açma və s.) texnoloji xəritə və çertyoj tələblərinə uyğun, dəqiq və keyfiyyətlə yerinə yetirmək;

  • Torna dəzgahını işə hazırlamaq (sazlama, alətlərin düzgün seçilməsi və bərkidilməsi), işlək vəziyyətdə saxlanılmasını təmin etmək;

  • Emal olunan detalların ölçü və keyfiyyət göstəricilərinə nəzarət etmək, ölçmə alətləri ilə (şubler, mikrometr və s.) yoxlama aparmaq;

  • İstehsalat təhlükəsizliyi qaydalarına riayət etmək, dəzgahın təhlükəsiz istismarını təmin etmək və yarana biləcək nasazlıq/insidentlərə operativ reaksiya vermək;

  • İş prosesində aşkar olunan texniki uyğunsuzluqlar, avadanlıq nasazlıqları və material çatışmazlıqları barədə vaxtında aidiyyəti üzrə məlumat vermək;

  • Təsdiq olunmuş vəzifə təlimatına, daxili nizam-intizam qaydalarına və normativ tələblərə uyğun olaraq gündəlik iş fəaliyyətini icra etmək.

Namizədlərdən tələblərimiz

  • 25–45 yaş aralığında olmalı

  • Müvafiq sahə üzrə peşə təhsili və ya tornaçı ixtisası üzrə hazırlıq/sertifikat olmalı;

  • Tornaçı peşəsi üzrə  ən azı 3 il iş stajı olmalı;

  • Torna dəzgahlarında işləmə təcrübəsi olmalı, çertyoj oxumağı və ölçü alətləri (şubler, mikrometr və s.) ilə işləməyi bacarmalı;

  • Texnoloji ardıcıllığa, istehsalat intizamına və əməyin mühafizəsi/təhlükəsizlik qaydalarına ciddi riayət etməli;

  • Gərgin iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və komandada işləmək bacarığı olmalı.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;

  • Peşəkar komandada inkişaf və karyera imkanları;

  • Metropolitendən ödənişsiz istifadə imkanı;

  • Güzəştli nahar təminatı;

  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;

  • Psixoloji dəstək xidməti.

Müraciət Üçün

  • Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5424 müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

Necə Müraciət Etmək Olar

Bakı Metropoliteni

Bakı Metropoliteni

Other

Bakı Metropoliteni Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin daşımalarını həyata keçirən əsas ictimai nəqliyyat sistemlərindən biridir. Metro gündəlik minlərlə insanın şəhərdaxili hərəkətini sürətləndirir, tıxacların azalmasına və nəqliyyat axınının daha rahat idarə olunmasına töhfə verir. Bakı metrosu müxtəlif istiqamətləri əhatə edən xətləri və stansiyaları ilə şəhərin əsas yaşayış və işgüzar zonalarını birləşdirən strateji nəqliyyat şəbəkəsi kimi fəaliyyət göstərir. Metropolitenin fəaliyyəti təkcə sərnişindaşıma ilə məhdudlaşmır - burada təhlükəsizlik, texniki xidmət, infrastrukturun modernləşdirilməsi və sərnişin rahatlığı kimi sahələr də prioritet hesab olunur. Son illərdə yeni stansiyaların inşası, mövcud xətlərin yenilənməsi və texnoloji sistemlərin təkmilləşdirilməsi istiqamətində mərhələli inkişaf həyata keçirilir və Bakı Metropoliteni şəhərin davamlı urban nəqliyyat planlamasında mühüm rol oynayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14853

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Təsərrüfat qatarının maşinisti

Tam Ştat

Bakı Metropoliteni Təsərrüfat qatarının maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq! Proqramı uğurla başa vuran namizədlər işçilərin və təsərrüfat yüklərinin yalnız gecə növbəsində daşınmasını həyata keçirən təsərrüfat qatarının təhlükəsiz və düzgün idarə olunmasını, texniki təlimatlara riayət edilməsini təmin edərək təsərrüfat qatarının maşinisti kimi fəaliyyət göstərəcəklər. Proqram sizə nə qazandıracaq? 4 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi Təcrübə dövründə minimum aylıq əmək haqqı Təcrübənin sonunda davamlı işə qəbul imkanı Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı Biz kimləri axtarırıq? Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri Təhsil - ali texniki, orta texniki və ilk peşə ixtisaslı Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) Seçim prosesi necə aparılır? İxtisas üzrə test imtahanı Ətraflı müsahibə Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər Metropoliten sizə nə vəd edir? Metropolitendən ödənişsiz istifadə Nahar (güzəştli) Müraciət Üçün Vakansiyaya müraciət etmək üçün Metropolitenin  hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə (https://hr.metro.gov.az/vacancy/5454) müraciətinizi tamamlaya bilərsiniz.

Elektrik mexaniki (hərəkət qatarlarının istismarı və təmiri üzrə)

Tam Ştat

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Elektrik mexaniki (hərəkət qatarlarının istismarı və təmiri üzrə) vəzifəsi üzrə namizədlər axtarırıq! Vəzifə funksiyası Namizəd metro vaqonlarının elektrik sistemlərini (mühərriklər, idarəetmə blokları, işıqlandırma və s.) yoxlayaraq nasazlıqları aşkar edəcək, elektrik sxemlərinə uyğun təmir və bərpa işlərini həyata keçirəcək. Sizi hansı öhdəliklər gözləyir? Metro vaqonlarının elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanmasını təmin etmək; Elektrik sistemlərində yaranan nasazlıqları vaxtında aşkar etmək və aradan qaldırmaq; Planlı texniki baxış və profilaktik təmir işlərini həyata keçirmək; Elektrik sxemlərinə və texniki sənədlərə uyğun fəaliyyət göstərmək; Nasaz hissələri dəyişdirmək və ya bərpa etmək; İş zamanı təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək; Ölçü cihazlarından düzgün istifadə edərək diaqnostika aparmaq; Görülən işlər üzrə texniki hesabatların hazırlanması və qeydiyyatını aparmaq; Avadanlıqların düzgün istismarına nəzarət etmək. Namizədlərdən tələblərimiz Ali təhsil (elektrik mühəndisliyi, elektromexanika, avtomatika və idarəetmə, energetika sahələri üzrə üstünlük verilir); 1–3 il elektrik mexaniki və ya elektrik ustası kimi dəmir yolu və ya metro nəqliyyatında iş təcrübəsi; Elektrik mühərrikləri, idarəetmə sistemləri və avtomatika ilə işləmə bacarığı; Ölçü cihazları ilə elektrik parametrlərini (gərginlik, cərəyan, müqavimət və s.) yoxlama bacarığı; Mürəkkəb elektrik və montaj sxemlərini, həmçinin mexaniki çertyojları oxuma və təhlil etmə bacarığı; Sistemdə nasazlığın səbəbini (elektrik dövrəsi və ya mexaniki problem) məntiqi ardıcıllıqla müəyyən etmə bacarığı; Tezlik çeviriciləri (VFD) və proqramlaşdırıla bilən məntiqi kontrollerlər (PLC) ilə işləmə və sazlama bacarığı; Diaqnostika proqramları ilə işləmək üçün Windows və müvafiq proqram bilikləri; İsti hava stansiyaları (hot air gun) ilə işləmə bacarığı; Osilloqraf ilə işləmə və elektron siqnalları təhlil etmə bacarığı; Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə (Rus dili üstünlükdür); Komanda ilə işləmə və layihə idarəetmə bacarığı; Nəticəyönümlülük və məsuliyyətlilik; Detallara diqqət; Stressə davamlılıq və vaxtın effektiv idarə olunması. Metropoliten Sizə nə təklif edir? Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları; Metropolitendən ödənişsiz istifadə imkanı; Güzəştli nahar təminatı; Metropolitan Apartments  və digər əməkdaşlıq etdiyimiz sanatoriyalarda istirahət (güzəştli) imkanı; Sağlam Ailə” Tibb Mərkəzində əməkdaşlar və onların birinci dərəcəli ailə üzvləri üçün güəştli xidmət imkanları; Push30 üzvlüyü üzrə əməkdaşlar üçün xüsusi güzəşt imkanı; Psixoloji dəstək xidməti. Müraciət Üçün Vakansiyaya müraciət etmək üçün Metropolitenin  hr.metro.gov.azportalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə (https://hr.metro.gov.az/vacancy/5453) müraciətinizi tamamlaya bilərsiniz.