Təsərrüfat qatarının maşinisti
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 20 may 2026
Təsvir
Bakı Metropoliteni Təsərrüfat qatarının maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
Proqramı uğurla başa vuran namizədlər işçilərin və təsərrüfat yüklərinin yalnız gecə növbəsində daşınmasını həyata keçirən təsərrüfat qatarının təhlükəsiz və düzgün idarə olunmasını, texniki təlimatlara riayət edilməsini təmin edərək təsərrüfat qatarının maşinisti kimi fəaliyyət göstərəcəklər.
Proqram sizə nə qazandıracaq?
4 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
Təcrübə dövründə minimum aylıq əmək haqqı
Təcrübənin sonunda davamlı işə qəbul imkanı
Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Biz kimləri axtarırıq?
Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri
Təhsil - ali texniki, orta texniki və ilk peşə ixtisaslı
Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)
Seçim prosesi necə aparılır?
İxtisas üzrə test imtahanı
Ətraflı müsahibə
Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?
Metropolitendən ödənişsiz istifadə
Nahar (güzəştli)
Müraciət Üçün
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə (https://hr.metro.gov.az/vacancy/5454) müraciətinizi tamamlaya bilərsiniz.
Necə Müraciət Etmək Olar
Bakı Metropoliteni
Other
Bakı Metropoliteni Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin daşımalarını həyata keçirən əsas ictimai nəqliyyat sistemlərindən biridir. Metro gündəlik minlərlə insanın şəhərdaxili hərəkətini sürətləndirir, tıxacların azalmasına və nəqliyyat axınının daha rahat idarə olunmasına töhfə verir. Bakı metrosu müxtəlif istiqamətləri əhatə edən xətləri və stansiyaları ilə şəhərin əsas yaşayış və işgüzar zonalarını birləşdirən strateji nəqliyyat şəbəkəsi kimi fəaliyyət göstərir. Metropolitenin fəaliyyəti təkcə sərnişindaşıma ilə məhdudlaşmır - burada təhlükəsizlik, texniki xidmət, infrastrukturun modernləşdirilməsi və sərnişin rahatlığı kimi sahələr də prioritet hesab olunur. Son illərdə yeni stansiyaların inşası, mövcud xətlərin yenilənməsi və texnoloji sistemlərin təkmilləşdirilməsi istiqamətində mərhələli inkişaf həyata keçirilir və Bakı Metropoliteni şəhərin davamlı urban nəqliyyat planlamasında mühüm rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14400
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+