Elektrik mexaniki (hərəkət qatarlarının istismarı və təmiri üzrə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 7 may 2026
Təsvir
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Elektrik mexaniki (hərəkət qatarlarının istismarı və təmiri üzrə) vəzifəsi üzrə namizədlər axtarırıq!
Vəzifə funksiyası
Namizəd metro vaqonlarının elektrik sistemlərini (mühərriklər, idarəetmə blokları, işıqlandırma və s.) yoxlayaraq nasazlıqları aşkar edəcək, elektrik sxemlərinə uyğun təmir və bərpa işlərini həyata keçirəcək.
Sizi hansı öhdəliklər gözləyir?
Metro vaqonlarının elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanmasını təmin etmək;
Elektrik sistemlərində yaranan nasazlıqları vaxtında aşkar etmək və aradan qaldırmaq;
Planlı texniki baxış və profilaktik təmir işlərini həyata keçirmək;
Elektrik sxemlərinə və texniki sənədlərə uyğun fəaliyyət göstərmək;
Nasaz hissələri dəyişdirmək və ya bərpa etmək;
İş zamanı təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək;
Ölçü cihazlarından düzgün istifadə edərək diaqnostika aparmaq;
Görülən işlər üzrə texniki hesabatların hazırlanması və qeydiyyatını aparmaq;
Avadanlıqların düzgün istismarına nəzarət etmək.
Namizədlərdən tələblərimiz
Ali təhsil (elektrik mühəndisliyi, elektromexanika, avtomatika və idarəetmə, energetika sahələri üzrə üstünlük verilir);
1–3 il elektrik mexaniki və ya elektrik ustası kimi dəmir yolu və ya metro nəqliyyatında iş təcrübəsi;
Elektrik mühərrikləri, idarəetmə sistemləri və avtomatika ilə işləmə bacarığı;
Ölçü cihazları ilə elektrik parametrlərini (gərginlik, cərəyan, müqavimət və s.) yoxlama bacarığı;
Mürəkkəb elektrik və montaj sxemlərini, həmçinin mexaniki çertyojları oxuma və təhlil etmə bacarığı;
Sistemdə nasazlığın səbəbini (elektrik dövrəsi və ya mexaniki problem) məntiqi ardıcıllıqla müəyyən etmə bacarığı;
Tezlik çeviriciləri (VFD) və proqramlaşdırıla bilən məntiqi kontrollerlər (PLC) ilə işləmə və sazlama bacarığı;
Diaqnostika proqramları ilə işləmək üçün Windows və müvafiq proqram bilikləri;
İsti hava stansiyaları (hot air gun) ilə işləmə bacarığı;
Osilloqraf ilə işləmə və elektron siqnalları təhlil etmə bacarığı;
Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə (Rus dili üstünlükdür);
Komanda ilə işləmə və layihə idarəetmə bacarığı;
Nəticəyönümlülük və məsuliyyətlilik;
Detallara diqqət;
Stressə davamlılıq və vaxtın effektiv idarə olunması.
Metropoliten Sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz istifadə imkanı;
Güzəştli nahar təminatı;
Metropolitan Apartments və digər əməkdaşlıq etdiyimiz sanatoriyalarda istirahət (güzəştli) imkanı;
Sağlam Ailə” Tibb Mərkəzində əməkdaşlar və onların birinci dərəcəli ailə üzvləri üçün güəştli xidmət imkanları;
Push30 üzvlüyü üzrə əməkdaşlar üçün xüsusi güzəşt imkanı;
Psixoloji dəstək xidməti.
Müraciət Üçün
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.azportalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə (https://hr.metro.gov.az/vacancy/5453) müraciətinizi tamamlaya bilərsiniz.
Necə Müraciət Etmək Olar
Bakı Metropoliteni
Other
Bakı Metropoliteni Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin daşımalarını həyata keçirən əsas ictimai nəqliyyat sistemlərindən biridir. Metro gündəlik minlərlə insanın şəhərdaxili hərəkətini sürətləndirir, tıxacların azalmasına və nəqliyyat axınının daha rahat idarə olunmasına töhfə verir. Bakı metrosu müxtəlif istiqamətləri əhatə edən xətləri və stansiyaları ilə şəhərin əsas yaşayış və işgüzar zonalarını birləşdirən strateji nəqliyyat şəbəkəsi kimi fəaliyyət göstərir. Metropolitenin fəaliyyəti təkcə sərnişindaşıma ilə məhdudlaşmır - burada təhlükəsizlik, texniki xidmət, infrastrukturun modernləşdirilməsi və sərnişin rahatlığı kimi sahələr də prioritet hesab olunur. Son illərdə yeni stansiyaların inşası, mövcud xətlərin yenilənməsi və texnoloji sistemlərin təkmilləşdirilməsi istiqamətində mərhələli inkişaf həyata keçirilir və Bakı Metropoliteni şəhərin davamlı urban nəqliyyat planlamasında mühüm rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14399
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+