Ana Səhifə
Vakansiyalar

Topoqraf – Ağdam Layihəsi

Topoqraf – Ağdam Layihəsi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 17 may 2026

Təsvir

“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələr həyata keçiririk. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza təcrübəli və məsuliyyətli Topoqraf dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində topoqrafik ölçmə və çəkiliş işlərinin aparılması

  • Geodeziya alətləri ilə dəqiq ölçmələrin həyata keçirilməsi

  • Layihə üzrə planların hazırlanması və sahəyə tətbiqi

  • Ölçmə nəticələrinin sənədləşdirilməsi və hesabatların hazırlanması

  • Sahədə işlərin layihəyə uyğunluğuna nəzarət

Tələblər

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (Mütləq)

  • Müasir ölçmə cihazları (Total Station, GPS və s.) ilə işləmə bacarığı

  • AutoCAD və ya digər müvafiq proqramlarda işləmə bacarığı

  • Sahə şəraitində işləmək üçün fiziki və psixoloji hazırlıq

  • Komanda ilə işləmə və məsuliyyətlilik

Təklif edirik:

  • Rəqabətli əmək haqqı (müsahibə əsasında müəyyən olunur)

  • Böyük və perspektivli layihədə iştirak imkanı

  • Peşəkar inkişaf və karyera yüksəlişi

  • Stabil və güclü şirkətdə çalışma imkanı

Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Topoqraf  – Ağdam” qeyd olunması xahiş olunur.

Necə Müraciət Etmək Olar

Crystal Group of Companies

Crystal Group of Companies

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14910

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya