SƏTƏM Nəzarətçisi (Ağdam Layihəsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 3 may 2026
Təsvir
Məkan: Ağdam şəhəri
“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələr həyata keçiririk. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza sahədə təhlükəsizlik qaydalarına nəzarət edəcək məsuliyyətli və diqqətli SƏTƏM Nəzarətçisi axtarırıq.
Vəzifə öhdəlikləri:
Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına gündəlik nəzarət etmək
İşçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə etməsini yoxlamaq
Təhlükəli halları aşkar edib dərhal tədbir görülməsini təmin etmək
Təhlükəsizlik qaydalarının pozulması halları barədə rəhbərliyə məlumat vermək
Sahədə təhlükəsizlik nişanlarının və qaydalarının tətbiqinə nəzarət etmək
Təlimatlandırma proseslərində iştirak etmək
Gündəlik yoxlama aktlarının və hesabatların hazırlanması
Qəza və insidentlərin qeydə alınmasında iştirak etmək
Tələblər
Müvafiq sahə üzrə təhsil (SƏTƏM / texniki / inşaat)
Mütləq tikinti sahəsində minimum 1-3 il iş təcrübəsi (SƏTƏM üzrə)
SƏTƏM üzrə beynəlxalq və ya yerli sertifikat (NEBOSH və ya ekvivalent) tələb olunur
Əməyin mühafizəsi qaydaları üzrə biliklər
Diqqətli, məsuliyyətli və intizamlı olmaq
Komandada işləmək bacarığı
MS Office proqramlarında ilkin biliklər
Azərbaycan dili sərbəst
Təklif edirik:
Rəqabətli əmək haqqı
Böyük layihədə iş təcrübəsi
Karyera inkişafı imkanı
Stabil iş mühiti
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “SƏTƏM Nəzarətçisi – Ağdam” qeyd olunması xahiş olunur.
Necə Müraciət Etmək Olar
Crystal Group of Companies
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12549
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə