Layihə Rəhbəri (Ağdam Layihəsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 3 may 2026
Təsvir
Məkan: Ağdam şəhəri
“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələrə imza atırıq. Ağdam şəhərində icrasına başladığımız yeni və genişmiqyaslı layihəmiz üçün komandamıza güclü liderlik bacarıqlarına sahib, məsuliyyətli və peşəkar Layihə Rəhbəri axtarırıq.
Vəzifə öhdəlikləri:
Tikinti layihələrinin planlaşdırılması, icrası və yekunlaşdırılmasına rəhbərlik etmək
Sahədə görülən işlərin qrafikə uyğunluğunu nəzarətdə saxlamaq
Texniki sənədlərin və layihə planlarının düzgün icrasını təmin etmək
Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək
Layihə büdcəsinə nəzarət etmək və xərcləri optimallaşdırmaq
Komanda idarəçiliyi və iş bölgüsünü effektiv şəkildə təşkil etmək
Təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək
Rəhbərliyə mütəmadi hesabatların təqdim olunması
Tələblər
İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (layihə rəhbəri kimi)
Tikinti normativləri və texniki sənədlərlə işləmə bacarığı
Liderlik və komanda idarəetmə bacarıqları
Problemləri operativ həll etmə və qərarvermə qabiliyyəti
MS Office və layihə idarəetmə proqramları ilə işləmə bacarığı
Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili bilikləri üstünlükdür
Təklif edirik:
Rəqabətli əmək haqqı (müsahibə əsasında müəyyən olunur)
Böyük və perspektivli layihədə iştirak imkanı
Peşəkar inkişaf və karyera yüksəlişi
Stabil və güclü şirkətdə çalışma imkanı
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.Mövzu hissəsində “Layihə Rəhbəri – Ağdam” qeyd olunması xahiş olunur.
Necə Müraciət Etmək Olar
Crystal Group of Companies
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12547
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə