İş İcraçısı (Ağdam Layihəsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 3 may 2026
Təsvir
Məkan: Ağdam şəhəri
“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələr həyata keçiririk. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza məsuliyyətli və sahə proseslərini effektiv idarə edə bilən İş İcraçısı axtarırıq.
Vəzifə öhdəlikləri:
Tikinti sahəsində işlərin gündəlik təşkilini və icrasını təmin etmək
Görülən işlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq
Usta və fəhlə heyətinin işinə nəzarət etmək və iş bölgüsünü təşkil etmək
İşlərin qrafikə uyğun icrasını təmin etmək
Materialların düzgün istifadəsinə nəzarət etmək
Sahədə yaranan problemlərin operativ həllini təşkil etmək
Görülən işlər barədə gündəlik və həftəlik hesabatların hazırlanması
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət
Tələblər
Mütləq inşaat sahəsi üzrə ali təhsil
Mütləq tikinti sahəsində minimum 3 il iş təcrübəsi
Tikinti prosesləri üzrə güclü praktiki biliklər
Komanda idarəetmə və təşkilatçılıq bacarığı
Məsuliyyətli, intizamlı və operativ olmaq
MS Office proqramlarında işləmə bacarığı
Təklif edirik:
Rəqabətli əmək haqqı
Böyük layihədə çalışma imkanı
Karyera inkişafı perspektivi
Stabil və peşəkar iş mühiti
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.Mövzu hissəsində “İş İcraçısı – Ağdam” qeyd olunması xahiş olunur.
Necə Müraciət Etmək Olar
Crystal Group of Companies
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12546
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə