Geodeziya Mühəndisi – Ağdam Layihəsi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 17 may 2026
Təsvir
“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələr həyata keçiririk. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza təcrübəli və məsuliyyətli Geodeziya Mühəndisi dəvət edirik.
Vəzifə öhdəlikləri:
Tikinti sahəsində geodeziya və topoqrafik ölçmə işlərinin təşkili və icrası
Sahədən əldə olunan ölçmə məlumatlarının analiz edilməsi
Layihə üzrə plan və sxemlərin hazırlanması və tətbiqi
Tikinti işlərinin layihəyə uyğunluğuna nəzarət
Geodeziya hesabatlarının hazırlanması
Topoqraf komandası ilə koordinasiyalı işin təşkili
Tələblər
Geodeziya sahəsi üzrə minimum 3 ildən artıq iş təcrübəsi (MÜTLƏQ)
Ali təhsil (geodeziya, kartoqrafiya və ya mühəndislik sahəsi üzrə)
Total Station, GPS və digər geodeziya cihazları ilə işləmə bacarığı
AutoCAD, Civil 3D və ya oxşar proqramlarda işləmə bacarığı
Sahə şəraitində işləmək imkanı (Ağdam layihəsi)
Analitik düşünmə və məsuliyyətlilik
Təklif edirik:
Rəqabətli əmək haqqı
Böyük və strateji layihədə iştirak imkanı
Karyera inkişafı və stabil iş mühiti
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Geodeziya Mühəndisi – Ağdam” qeyd olunması xahiş olunur.
Necə Müraciət Etmək Olar
Crystal Group of Companies
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14909
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə