Tikinti Meneceri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 dekabr 2025
Son Tarix: 17 yanvar 2026
Təsvir
Layihənin bütün mərhələlərində müştəri/investor nümayəndəsi kimi çıxış etmək və əsas qərarları qəbul etmək.
Layihələrin həcmi, vaxtı, dəyəri və keyfiyyət tələblərinə uyğun şəkildə tam icrasına ümumi məsuliyyət daşımaq.
Müşavirləri, podratçıları və digər tərəfləri idarə etmək və əlaqələndirmək.
Layihə ilə bağlı Müşavirlərdən, Podratçılardan və digər tərəfdaşlardan daxil olan məktublara və yazışmalara cavab vermək.
Dizayn İdarəetməsi mərhələsində Dizayn Komandasına dəstək vermək.
Satınalmalar, müqavilə strategiyası, dəyər və xərclərin idarə edilməsi, tenderin hazırlanması və büdcələşmə məsələlərində Kommersiya Komandasına dəstək göstərmək.
Layihə ilə bağlı yerli icazələr və digər hüquqi sənədlərin alınması üçün təşkilatın Hüquq Komandası ilə əlaqəli işləmək.
Layihənin büdcə, vaxt, keyfiyyət, sağlamlıq və təhlükəsizlik, dizayn statusu üzrə həftəlik və aylıq hesabatlarını hazırlamaq, risk və düzəldici tədbirlər planı təklif etmək.
Layihə İdarəetmə Şirkətləri (PMC-lər), podratçılar, müşavirlər və digər maraqlı tərəflərlə irəliləyiş iclaslarında iştirak etmək.
Layihə Direktoru / Layihə Menecerinə hesabat verəcək.
Tələblər
Mülki/İnşaat Mühəndisliyi və ya Memarlıq ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi.
Otellər, yaşayış binaları və ya iri mixed-use layihələr üzrə güclü portfelə malik minimum 7 illik iş təcrübəsi.
Multimədəniyyətli komandalar və beynəlxalq dizayn standartlarını əhatə edən layihələrdə ən azı 2 illik beynəlxalq iş təcrübəsi.
Yerli tikinti qaydaları və plan təsdiqi prosedurları barədə biliklər.
Əla ünsiyyət, əlaqələndirmə və təqdimat bacarıqları.
LEED və ya bənzər davamlılıq sertifikatına malik olmaq üstünlükdür.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Pasha Real Estate
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2792
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə