Ticari Marketinq Meneceri (Trade Marketing Manager)
Tam Ştat
Menecer
2.000 AZN-dən
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
Ali təhsil müvafiq sahədə;
Müvafiq sahə üzrə 5 ildən artıq iş təcrübəsi (FMCG və ya Pharma sektorunda təcrübəyə üstünlük verilir)
Sərbəst Azərbaycan, Rus və İngilis dili bilikləri;
Microsoft Excel (Pivot Table, Data Analysis, Report hazırlama)
Analitik düşüncə tərzi,hesabatlılıq səriştələri;
Bazar analizi bacarığı – satış datasının analizi, kampaniya effektivliyi və rəqib qiymət analizi
Dəqiqlik, operativlik, problem həlletmə bacarığı
Əsas öhdəliklər:
Marketinq və satış büdcəsi çərçivəsində illik ticari marketinq fəaliyyəti planının və büdcəsinin hazırlanması;
Ticari Marketinq fəaliyyətinin idarə edilməsi;
Satışın artırılması məqsədi ilə kampaniyaların hazırlanması və apteklər üçün xüsusi aksiyaların təşkil olunması;
Bazarın və rəqiblərin tədqiqatı , bazarın iqtisadi durumunun qiymətləndirilməsi;
Ticari marketinq xərclərinin planlaşdırılması, sistematik proseslərin icrası və büdcənin təqib edilməsi;
Məhsul kateqoriyalarına uyğun fərqli ticari yanaşmaların tətbiqi;
Aptek şəbəkələrinin performans analizi, satışa təsir edən regional fərqliliklərin müəyyənləşdirilməsi;
Marka və satış strategiyalarını yaratmaq məqsədi ilə idxal, marketinq və satış komandası ilə sıx əlaqə yaradaraq fəaliyyətlərin təşkili;
Görülən işlərlə bağlı həftəlik, aylıq hesabatlar hazırlanması və rəhbərinə təqdim edilməsi.
İş şəraiti:
İş yeri – Begoc Biznes Mərkəzi;
5 günlük iş qrafiki;
Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
Rəqabətqabiliyyətli əmək haqqı 2000-3000 AZN
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Zeytun Pharmaceuticals
Manufacturing
Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11036
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+