Avtokar sürücüsü
Tam Ştat
Orta Səviyyə
700 AZN-dən
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
“Zeytun Pharmaceuticals” şirkəti Avtokar sürücüsü axtarışındadır.
Vəzifə funksiyaları:
Anbar daxilində paletlərin yüklənməsi, boşaldılması, yerdəyişimini həyata keçirmək;
Avtokarın təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyət daşımaq;
İşin düzgün planlaşdırılması və verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər
Müvafiq texnikanı idarə etmək üçün sertifikat;
Müvafiq sahə üzrə 3 ildən yuxarı iş stajı;
Avtokarın düzgün və təhlükəsiz idarə edilməsi üzrə bilik və bacarıqlar;
Texnikanın başlıca mexaniki problemlərinin müəyyənləşdirilməsi üzrə bacarıqlar;
Yaş həddi: 25-50;
Hərbi xidməti başa vurmuş şəxslər;
İş yerinə yaxın ərazidə yaşayan şəxslər.
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi
İş yeri: Masazır qəsəbəsi, Palitra zavodunun yanı
Nahar şirkət tərəfindən təmin edilir;
Əmək haqqı: 700-800 AZN
Maraqlanan şəxslər CV-niMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına və ya 050 273 52 00 nömrənin vatsapına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Zeytun Pharmaceuticals
Manufacturing
Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11035
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+