Tibb bacısı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
Vəzifə və öhdəliklər:
Həkimin təlimatı əsasında tibbi prosedurların icra edilməsi
Xəstələrin vəziyyətinin mütəmadi müşahidəsi və qeydlərin aparılması
Xəstələrə dərmanların düzgün və vaxtında verilməsi
Tibbi avadanlıqların təmizliyi və sterilizasiyasının təmin olunması
Manipulyasiya otağında steril şəraitin qorunması
Təcili hallarda ilkin tibbi yardım göstərilməsi
Xəstələrlə etik davranış, ünsiyyət və məlumatlandırmanın təmin edilməsi
Tibb sənədləşməsinin düzgün və vaxtında aparılması.
Tələblər
Orta tibb təhsil müəssisələrini “tibb bacısı”, “müalicə işi” və ya “mamalıq işi” ixtisası üzrə bitirməlidir.
Ən azı 2 il əmək stajına malik olanlara üstünlük veriləcək.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir və həmin kursların sertifikatına malik olmalıdır.
Məsuliyyətli, diqqətli, işçilərinə dair tələbkar
Komanda iş və sürətli qərarlar bacarıqları önəmlidir.
Əmək haqqı:
Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.
Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
İş rejimi:
Növbəli
Nahar şirkət tərəfindən verilir
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tibb bacısı” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Liv Bona Dea Hospital
Healthcare
Liv Bona Dea Hospital Bakıda fəaliyyət göstərən özəl, çoxprofilli tibb müəssisəsidir və “Liv Hospital” şəbəkəsinin beynəlxalq yatırımlarından biri kimi tanınır. Xəstəxana Liv Medical Group ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir və xidmətlərini Avropa və Amerika səhiyyə standartlarına uyğun şəkildə təşkil edir. Xəstəxana müxtəlif tibbi istiqamətlər üzrə (diaqnostika, müalicə, ixtisaslaşmış həkim xidmətləri və s.) pasiyentlərə xidmət göstərir və həm yerli, həm də xarici vətəndaşların müraciət etdiyi tibb mərkəzlərindən biridir. Liv Bona Dea brendi xəstəyönümlü yanaşması, müasir tibbi infrastrukturu və multidisiplinar iş modeli ilə seçilir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15073
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000