Diet üzrə aşpaz

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 8 may 2026

Təsvir

  • Dietoloq və baş aşpaz tərəfindən müəyyən edilmiş təlimatlara əməl etmək

  • Diet menyulara uyğun yeməklərin hazırlanması

  • Ərzaqlardan düzgün istifadə edilməli və ərzaq itkilərinə yol verməmək

  • Standart reseptlərə və kalori dəyərlərinə uyğun yeməklərin hazırlanması

  • Xəstələr / xüsusi qidalanma rejimi olan şəxslər üçün uyğun menyuların icrası

  • Bufetin hazırlanması və yenilənməsi proseslərinə yardım etmək

  • Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək

  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, gigiyenik standartlara cavab verməsini təmin etmək

  • Yeməklərin vaxtında hazır olmasını və gecikmədən təqdim edilməsini təmin etmək

  • Mətbəxin səliqəsi və təmizliyinə xüsusi diqqət yetirmək

Tələblər

  • Diet aşpazlığı sahəsində minimum 1-3 il iş təcrübəsi

  • Səliqəli və təmizkar olmaq

  • Komandada işləməyi bacarmaq

  • İşə qarşı məsuliyyətli və diqqətli olmaq

  • Tibbi müəssisədə və ya caterinq sahəsində təcrübəsi olanlara üstünlük veriləcək

Müraciət üçün:

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Diet üzrə aşpaz” qeyd edərək göstərilən mail ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Liv Bona Dea Hospital

Liv Bona Dea Hospital

Healthcare

Liv Bona Dea Hospital Bakıda fəaliyyət göstərən özəl, çoxprofilli tibb müəssisəsidir və “Liv Hospital” şəbəkəsinin beynəlxalq yatırımlarından biri kimi tanınır. Xəstəxana Liv Medical Group ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir və xidmətlərini Avropa və Amerika səhiyyə standartlarına uyğun şəkildə təşkil edir. Xəstəxana müxtəlif tibbi istiqamətlər üzrə (diaqnostika, müalicə, ixtisaslaşmış həkim xidmətləri və s.) pasiyentlərə xidmət göstərir və həm yerli, həm də xarici vətəndaşların müraciət etdiyi tibb mərkəzlərindən biridir. Liv Bona Dea brendi xəstəyönümlü yanaşması, müasir tibbi infrastrukturu və multidisiplinar iş modeli ilə seçilir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13761

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya