Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Digər xidmət işləri

Texniki Sənədləşmə üzrə Mütəxəssis

Texniki Sənədləşmə üzrə Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

600 AZN-dən

Yerləşdirilib 26 may 2026

Son Tarix: 1 iyun 2026

Təsvir

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Texniki Sənədləşmə üzrə Mütəxəssis vakansiyası üzrə namizəd axtarılır.

Vəzifə Öhdəlikləri:

  • Qaraj sistemində görülən işlərin elektron qaydada qeydiyyatının aparılması

  • Texniki xidmət və təmir işlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi

  • Sənədlərin hazırlanması, toplanması və düzgün şəkildə saxlanılmasının təmin edilməsi

  • MS Office proqramlarında mütəmadi hesabatların hazırlanması

  • İclaslarda iştirak və təqdimat materiallarının hazırlanması

  • Texniki məlumatların elektron bazada yenilənməsi və idarə olunması

Tələblər

  • Ali təhsil

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

  • Texniki sahə üzrə baza bilikləri (üstünlükdür)

  • İngilis dili – orta səviyyə (texniki sənədləri oxuma və yazılı ünsiyyət bacarığı)

  • Analitik düşünmə və sistemli işləmə bacarığı

  • Sənədləşmə və təşkilatçılıq bacarıqları

  • Komanda ilə işləmə və effektiv ünsiyyət bacarığı

  • Məsuliyyətli, dəqiq və operativ yanaşma

Əmək şəraiti:

  • İş yeri: Hökməli qarajı

  • İş qrafiki: 6 günlük

  • Əmək haqqı: 600-800 Azn

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17609

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Biznesin İnkişafı və Korporativ Təqdimatlar üzrə Mütəxəssis

Tam Ştat

İşin Mahiyyəti: Şirkətimiz mühəndislik və geologiya sahəsində ixtisaslaşmışdır. Bizə sosial media mütəxəssisi deyil, şirkətin gördüyü texniki işləri dərindən öyrənəcək, şöbə rəhbərləri ilə ünsiyyətdə olaraq məlumatları toplayacaq və bu məlumatları peşəkar PowerPoint təqdimatlarına çevirərək yeni müştərilərə təqdim edəcək vizual strategiya mütəxəssisi lazımdır. Əsas Fəaliyyət Sahələrimiz (Namizədin öyrənəcəyi istiqamətlər): Sizdən aşağıdakı 4 əsas istiqamət üzrə şirkətin imkanlarını öyrənmək və təqdimat materialları hazırlamaq tələb olunacaq: Mühəndisi-Geoloji Tədqiqatlar: Tikinti və layihələndirmə öncəsi süxurların analizi; Geoloji Kəşfiyyat Qazması: Faydalı qazıntıların və yerin quruluşunun müəyyən edilməsi; Topoqrafiya: Ərazinin relyef planının və xəritələrinin hazırlanması; Geofizika: Yeraltı strukturların fiziki üsullarla tədqiqi. Sizin Öhdəlikləriniz: Məlumatın Toplanması: Şöbə rəhbərləri ilə görüşmək, görülən işlərin məğzini öyrənmək və arxivlərdən uyğun şəkilləri seçmək; Yüksək Səviyyəli Dizayn: PowerPoint proqramında şirkətin vizit kartı olacaq mükəmməl, müasir və estetik təqdimatların yığılması; Müştəri Bazası: Şirkətin xidmətlərinə uyğun yeni potensial müştərilərin tapılması; Görüş və Təqdimat: Potensial müştərilərlə görüşmək və hazırladığınız təqdimatları onlara peşəkar şəkildə təqdim etmək. Şirkətin rəsmi saytlarına nəzarət edilməsi: Şirkətin rəsmi saytlarının mütəmadi olaraq nəzarətdə saxlanılması, məlumatların aktuallığının yoxlanılması və zəruri yenilənmələrin təşkili Namizədə dair Tələblər: PowerPoint Master: PowerPoint-i sadəcə bilmək yox, yüksək vizual zövqlə istifadə etmək; Öyrənmə Həvəsi: Texniki (mühəndislik/geologiya) mövzulara girməkdən və mürəkkəb prosesləri sadə dildə izah etməkdən qorxmamaq; Təqdimat Bacarığı: Səlis nitq, özünəinam və korporativ müştərilərlə görüşmək qabiliyyəti; Dil Bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (arzuolunandır, bilən namizədlərə üstünlük veriləcəkdir.) İş qrafiki: İş yeri: Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi İş rejimi: 1-5 ci günlər saat 09:00 - 18:00 Əmək haqqı: Müsahibə əsasında namizədin bilik v bacarıqlarına əsasən müəyyən ediləcəkdir. Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Abşeron, rayonu/Xırdalan