Qazma Qurğuları üzrə Texniki Nəzarətçi
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Qazma Qurğuları üzrə Texniki Nəzarətçi vakansiyası üzrə namizəd axtarılır.
Vəzifə Öhdəlikləri:
Qazma qurğularının(hidravlik və mexaniki) təmir və texniki baxış prosesinə rəhbərlik etmək.
Ustaların iş bölgüsünü müəyyənləşdirmək və onların fəaliyyətinə nəzarət etmək.
Qarajda və layihə sahəsində texniki işlərin təşkilinə qərar vermək.
Qazma qurğularının daimi saz və işlək olmasını təmin etmək.
Qaraj və sahədə baş verən nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılmasına cavabdeh olmaq.
Ustaların işinin keyfiyyətinə,vaxtında icrasına və intizamına görə məsuliyyət daşımaq.
Texniki problemləri vaxtında rəhbərliyə(N.Ş.R-nə) bildirmək və hesabat vermək.
Avadanlıqların təhlükəsiz istismara hazırlanmasına və düzgün istifadəsinə görə cavabdeh olmaq.