Qazma Qurğuları üzrə Texniki Nəzarətçi
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 31 mart 2026
Son Tarix: 1 may 2026
Təsvir
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Qazma Qurğuları üzrə Texniki Nəzarətçi vakansiyası üzrə namizəd axtarılır.
Vəzifə Öhdəlikləri:
Qazma qurğularının(hidravlik və mexaniki) təmir və texniki baxış prosesinə rəhbərlik etmək.
Ustaların iş bölgüsünü müəyyənləşdirmək və onların fəaliyyətinə nəzarət etmək.
Qarajda və layihə sahəsində texniki işlərin təşkilinə qərar vermək.
Qazma qurğularının daimi saz və işlək olmasını təmin etmək.
Qaraj və sahədə baş verən nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılmasına cavabdeh olmaq.
Ustaların işinin keyfiyyətinə,vaxtında icrasına və intizamına görə məsuliyyət daşımaq.
Texniki problemləri vaxtında rəhbərliyə(N.Ş.R-nə) bildirmək və hesabat vermək.
Avadanlıqların təhlükəsiz istismara hazırlanmasına və düzgün istifadəsinə görə cavabdeh olmaq.
Tələblər
Orta ixtisas təhsil və ya Ali təhsil;
Müvafiq sahədə 5-8 il iş təcrübəsi;
Qazma qurğularının təmiri ilə bağlı texniki biliyə malik olmalı;
Usta heyəti ilə işin təşkili, koordinasiya və rəhbərlik bacarığı;
Təhlükəsizlik qaydalarının tələblərini bilməli və tətbiq etməli;
Ezamiyyətə getmək və sahə şəraitində işləmək imkanı;
Komanda işi, məsuliyyətlilik və nizam-intizam.
Əmək şəraiti:
İş yeri: Hökməli
İş qrafiki: 6 günlük
Əmək haqqı: 1000 AZN (Namizədin bilik və bacarıqlarına əsasən artırıla bilər)
Müraciət üçün:
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək göstərilən mail ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
AT-Geotech QSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12190
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə