Ana Səhifə
Vakansiyalar

Texniki ofis mühəndisi (Smeta üzrə mühəndis)

Texniki ofis mühəndisi (Smeta üzrə mühəndis)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 26 iyun 2026

Təsvir

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin inşa olunan obyektləri üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin mövcudluğunu təmin etmək və onların təyinatı üzrə tikinti-quraşdırma işlərinin icrası üçün aidiyyəti strukturlara təqdim olunmasını təşkil etmək;

  • Tender və satınalma üçün layihədən material həcmlərinin dəqiq hesablanması;

  • Smeta üzrə iş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq;

  • Smeta qiymətlərinin faktiki çəkilmiş xərclərə uyğunluğunu yoxlamaq;

  • Materialların sərfiyyatına nəzarəti həyata keçirmək; Lazım olan materialların texniki göstəricilərini yoxlanmaq və onların layihə uyğunluğunu təsdiq etmək;

  • Layihə-smeta sənədləri ilə bağlı zəruri arayışları hazırlamaq və onların arxivdə mühafizəsini təmin etmək;

  • Layihələri təhlil etmək və müvafiq spesifikasiyaları yoxlamaq;

  • Ərazidə yerinə yetirilmiş işlərin layihəyə uyğunluğunu yoxlamaq və uyğunsuzluqlar olduqda aradan qaldırmaq;

  • Görülmüş işlərə (naryadlara) dair qiymətlərin qiymət razılaşma protokollarına uyğunluğunu, görülmüş işlər üzrə (naryadların) faktiki iş həcmləriniyoxlamaq;

  • Subpodratçıların təqdim etdiyi həcmləri yoxclamaq və təsdiq etmək;

Tələblər

  • Ali təhsil (müvafiq sahə üzrə)

  • Tikinti və smeta sahəsində ən azı 3 il iş təcrübəsi

  • Layihə-smeta sənədləri, Forma №2, Forma №3 və M29 hesabatları üzrə biliklər

  • Tender sənədlərinin hazırlanması və maya dəyərinin hesablanması təcrübəsi

  • Tikinti norma və qaydaları, standartlar və texniki şərtlər üzrə biliklər

  • 1C proqramı ilə işləmə bacarığı

  • MS Office, AutoCAD proqramlarında yüksək səviyyədə işləmək bacarığı

  • Layihə dəyişikliklərinin smetaya və icra sənədlərinə inteqrasiyası üzrə təcrübə

  • Analitik düşünmə, hesablama və sənədlərlə dəqiq işləmə bacarığı

  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü iş prinsipi

  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı

İş şəraiti:

  • İş yeri: Nəsimi r., C. Məmmədquluzadə küç.

  • İş qrafiki: 6 günlük iş həftəsi;

  • Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Texniki ofis mühəndisi qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Capital Construction MMC

Capital Construction MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18554

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Yükləyici sürücüsü (Bekoloder)

Tam Ştat

Vəzifə və funksional öhdəliklər: Cəmiyyətin fəaliyyət göstərdiyi ərazilərdə, idarə etdiyi nəqliyyat vasitəsi ilə yüklərin yüklənməsini, boşaldılmasını, yerdəyişməsini və tələb olunan yerlərə yığılmasını təmin etmək; İdarə etdiyi yükvuranın, yüktutma mexanizmlərinin və digər xüsusi qurğuların düzgün və təhlükəsiz şəkildə idarə olunmasını təmin etmək; Yükvuranın işindəki nasazlıqları müəyyən etmək; Yükvuranın və onun bütün mexanizminin cari təmirində və texniki xidmətində iştirak etmək və bu prosesə nəzarət etmək; Bilavasitə rəhbərin müəyyən etdiyi ərazilərdə istifadə olunan xammalın və digər malların təhlükəsiz yüklənməsini və boşaldılmasını təmin etmək; Yüklərin tros, zəncir və digər vasitələrlə düzgün və təhlükəsiz bağlanmasını təmin etmək. Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr): Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi Sürücülük vəsiqəsi, həmçinin traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi (TH katerqoriyalı) və ya müvafiq nəqliyyat vasitəsini idarə etmək üçün sertifikat Məsuliyyət və dəqiqlik Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı İş şəraiti: İş yeri: Zığ qəsəbəsi İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 1000-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Yükləyici sürücüsü” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Həcm üzrə mühəndis (MEP – Mexanik, Elektrik, Santexnik)

Tam Ştat

Vəzifə və funksional öhdəliklər: Mexanika, elektrik və santexnik sistemlər üzrə həcmlərin layihə çertyojları əsasında dəqiq çıxarılması Tikinti və quraşdırma işləri üzrə smetaların hazırlanması və təhlili Hazırlanmış smetaların müvafiq normativlər (o cümlədən FHN) ilə müqayisəsi Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin verilməsi Subpodratçıların təqdim etdiyi həcmlərin və görülmüş işlərin yoxlanılması Həcm cədvəllərinin düzgünlüyünün təmin edilməsi və mütəmadi yenilənməsi Layihə dəyişikliklərinə uyğun olaraq həcmlərin və smetaların korrektə edilməsi Texniki sənədlərin və hesabatların hazırlanması və təqdim olunması Layihə komandası ilə sıx əməkdaşlıq edərək iş prosesinin optimallaşdırılması Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr): Müvafiq sahə üzrə ali təhsil (inşaat, mexanika, energetika və ya əlaqəli sahə) Minimum 3 il MEP sahəsində iş təcrübəsi AutoCAD, Excel və digər mühəndis proqramlarında sərbəst işləmək bacarığı Tikinti və mühəndis sistemləri üzrə güclü praktiki bilik Smeta və həcmlərin hesablanması üzrə təcrübə Analitik düşünmə və detallara diqqət Komandada işləmək və effektiv kommunikasiya bacarığı Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq İş şəraiti: İş yeri: Bakı şəhəri, Nəsimi r., İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Həcm üzrə mühəndis” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.