Həcm üzrə mühəndis (MEP – Mexanik, Elektrik, Santexnik)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 7 iyun 2026
Təsvir
Vəzifə və funksional öhdəliklər:
Mexanika, elektrik və santexnik sistemlər üzrə həcmlərin layihə çertyojları əsasında dəqiq çıxarılması
Tikinti və quraşdırma işləri üzrə smetaların hazırlanması və təhlili
Hazırlanmış smetaların müvafiq normativlər (o cümlədən FHN) ilə müqayisəsi
Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin verilməsi
Subpodratçıların təqdim etdiyi həcmlərin və görülmüş işlərin yoxlanılması
Həcm cədvəllərinin düzgünlüyünün təmin edilməsi və mütəmadi yenilənməsi
Layihə dəyişikliklərinə uyğun olaraq həcmlərin və smetaların korrektə edilməsi
Texniki sənədlərin və hesabatların hazırlanması və təqdim olunması
Layihə komandası ilə sıx əməkdaşlıq edərək iş prosesinin optimallaşdırılması
Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr):
Müvafiq sahə üzrə ali təhsil (inşaat, mexanika, energetika və ya əlaqəli sahə)
Minimum 3 il MEP sahəsində iş təcrübəsi
AutoCAD, Excel və digər mühəndis proqramlarında sərbəst işləmək bacarığı
Tikinti və mühəndis sistemləri üzrə güclü praktiki bilik
Smeta və həcmlərin hesablanması üzrə təcrübə
Analitik düşünmə və detallara diqqət
Komandada işləmək və effektiv kommunikasiya bacarığı
Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Nəsimi r.,
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Həcm üzrə mühəndis” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Capital Construction MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17783
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə