Ana Səhifə
Vakansiyalar

Texniki mütəxəssis Kürdəmir

Texniki mütəxəssis Kürdəmir

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 22 mart 2026

Son Tarix: 19 aprel 2026

Təsvir

  • Müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili.

  • Texniki avadanlıqlar və sistemlər barədə bilik.

  • Texniki diaqnostika və təmir bacarıqları.

  • Kompüter proqramları ilə işləmək bacarığı.

  • Texniki təhlükəsizlik qaydalarını bilmək.

Vəzifə öhdəlikləri:

  • Müəssisədə istifadə olunan texniki avadanlıqların və sistemlərin işləməsinə nəzarət edir.

  • Avadanlıqların quraşdırılması, sazlanması və texniki xidmətini təşkil edir.

  • Texniki nasazlıqları aşkar edir və aradan qaldırır.

  • Avadanlıqların təhlükəsiz istifadə qaydalarına riayət olunmasını təmin edir.

  • Texniki sənədləşməni aparır (hesabatlar, aktlar və s.).

  • Yeni texnologiyaların tətbiqi və mövcud sistemlərin təkmilləşdirilməsi üzrə təkliflər verir.

  • Texniki avadanlıqların profilaktik baxışlarını planlaşdırır və həyata keçirir.

  • İşçilərə avadanlıqların düzgün istifadəsi barədə məsləhət və təlim verir.

İş vaxtının norması:

  • 6 günlük iş rejimi;

  • İstirahət günü: Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;

  • Nahar şirkət tərəfindən təmin edilir;

Ünvan: Hacıqabul rayonu Padar qəsəbəsi.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Texniki mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Azersun Holding

Azersun Holding

Other

Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11605

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Laborant (Kürdəmir)

Tam Ştat

**Müəssisə:**Şamaxı Dairy Farm MMC Azersun Holding” haqqında Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır. Vəzifə öhdəlikləri: Müəssisəyə daxil olan xammalın, yarımfabrikatların, ehtiyatların, qablaşdırmaların, qatqıların yoxlanmasını, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması işini icra edir Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır. Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və təmizləyir, eksperimentlərin aparılmasında iştirak edir. Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd edir. Təqlid və qanunsuz istehsal halları üzrə hüquqi tədbirlərin görülməsini və mübahisələrin hüquqi müstəvidə həllini təmin etmək. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməlidir.

Assistent Kürdəmir Süd Emalı Zavodu MMC

Tam Ştat

Talep No: 31339 Ümumi Tələblər Ali təhsil. MS Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək. Məsuliyyətli, diqqətli və intizamlı olmaq. Xarici dil biliyinin olması ( üstünlük verilən dil - İngilis dili) Komanda ilə işləmək və əməliyyat proseslərini idarə etmək bacarığı. Sənədləşmə və işgüzar yazışma qaydalarını bilmək. Ünsiyyət və təşkilatçılıq bacarığı. İş Haqqında Məlumat Rəhbərin gündəlik iş planını təşkil edir və görüşləri planlaşdırır. Telefon zənglərini qəbul edir və lazımi şəxslərə yönləndirir. Sənədlərin hazırlanmasında, yazışmalarda və hesabatların tərtibində kömək edir. Rəhbərin tapşırıqlarını vaxtında yerinə yetirir. İclas və görüşlərin təşkili ilə bağlı hazırlıq işlərini görür. Qonaqların qarşılanması və yönləndirilməsini təmin edir. Ofis sənədlərinin arxivləşdirilməsini və saxlanmasını təşkil edir. Müəssisədaxili məlumatların vaxtında ötürülməsini təmin edir. İş vaxtının norması: 5 günlük iş rejimi; İstirahət günü: Şənbə, Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə; Nahar şirkət tərəfindən təmin edilir; Ünvan: Hacıqabul rayonu Padar qəsəbəsi. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Assistent” qeyd etməyiniz xahiş olunur.

Keyfiyyət inspektoru (Xaçmaz / Qazax)

Tam Ştat

Müəssisə:  Qafqaz Konserv Zavodu MMC Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır. Vəzifə üzrə tələblər: Ali təhsil (Sənaye mühəndisliyi, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Maşınqayırma mühəndisliyi üzrə) Keyfiyyətə nəzarət, proses nəzarəti və istehsalat sahəsində minimum 1-2 il iş təcrübəsi (arzuolunandır) ISO 9001 və digər müvafiq standartlar üzrə biliklər MS Office proqramlarında işləmək bacarığı Laboratoriya cihazları və analiz üsullarını yaxşı bilmək. Nümunə götürmə metodları və analiz sıxlıqları barədə məlumatlı olmaq. Reaktiv maddələr və laboratoriya analizləri barədə biliklərə malik olmaq. Ring testlərinin aparılması və nəticələrinin qiymətləndirilməsi bacarığı. Məhsulların qablaşdırılması və markalanması barədə məlumatlı olmaq. Degustasiya və sensor analizlərdə təcrübə. Vəzifə öhdəlikləri: Şirkətimizin platforma anbarlarına və mərkəzi əsas paylama anbarlarına daxil olan bütün xam və ya hazır məhsulların keyfiyyətə nəzarət analizlərini aparmaq və məhsul kartlarına uyğun məhsulların obyektə qəbulunu təmin etmək, Müəyyən edilmiş standartlara uyğun olaraq xüsusi nöqtələrdən nümunələr götürmək və fiziki, sensor və cihaz nəzarətlərindən istifadə edərək məhsul kartı dəyərlərinə uyğunluğunu yoxlamaq və yoxlamaq Məhsulun məqbul standarta uyğun olması halında məhsulun qəbulu bölməsinə məlumat vermək Məhsulların qablaşdırılması, qutuya salınması, paletləşdirilməsi mərhələlərinin müəyyən edilmiş standarta uyğun olaraq hər saat yoxlanılması və qeydə alınması və tələb olunan aralıqlarla hesabatın verilməsi Etiket məlumatlarının, qablaşdırma materiallarının, bir qutuda olan əşyaların sayının və çəkisinin düzgünlüyünün yoxlanılması Qeyri-standart vəziyyətlərdə istehsalı dayandırmaq və bu barədə İstehsalat müdirinə məlumat vermək Prosesə uyğun olaraq yetişmə və soyuducu anbar sahələri üçün tələb olunan temperatur və rütubət dəyərlərinin ölçülməsi və qeydə alınması Qida təhlükəsizliyi və keyfiyyət idarəetmə sistemlərinin tələblərinə uyğun işləmək İş prosesində sanitar-gigiyena qaydalarına və şəxsi qoruyucu vasitələrdən istifadə qaydalarına riayət olunmasına nəzarət etmək İşçi sağlamlığı, iş təhlükəsizliyi, sanitariya və ekologiya qaydalarına riayət olunmasını təmin etmək. İş şərtləri: İş ünvanı: Bölgə (Xaçmaz / Qazax) İş qrafiki: 5 günlük, 09:00-18:00 Nahar şirkət tərəfindən təmin edilir. Tələblərə cavab verdiyiniz təqdirdə CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyət inspektoru (Xaçmaz / Qazax)” qeyd etməyiniz xahiş olunur.