Assistent Kürdəmir Süd Emalı Zavodu MMC
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 22 mart 2026
Son Tarix: 19 aprel 2026
Təsvir
Talep No: 31339
Ümumi Tələblər
Ali təhsil.
MS Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək.
Məsuliyyətli, diqqətli və intizamlı olmaq.
Xarici dil biliyinin olması ( üstünlük verilən dil - İngilis dili)
Komanda ilə işləmək və əməliyyat proseslərini idarə etmək bacarığı.
Sənədləşmə və işgüzar yazışma qaydalarını bilmək.
Ünsiyyət və təşkilatçılıq bacarığı.
İş Haqqında Məlumat
Rəhbərin gündəlik iş planını təşkil edir və görüşləri planlaşdırır.
Telefon zənglərini qəbul edir və lazımi şəxslərə yönləndirir.
Sənədlərin hazırlanmasında, yazışmalarda və hesabatların tərtibində kömək edir.
Rəhbərin tapşırıqlarını vaxtında yerinə yetirir.
İclas və görüşlərin təşkili ilə bağlı hazırlıq işlərini görür.
Qonaqların qarşılanması və yönləndirilməsini təmin edir.
Ofis sənədlərinin arxivləşdirilməsini və saxlanmasını təşkil edir.
Müəssisədaxili məlumatların vaxtında ötürülməsini təmin edir.
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü: Şənbə, Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Hacıqabul rayonu Padar qəsəbəsi.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Assistent” qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11603
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+