Texniki dəstək üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 19 mart 2026

Təsvir

  • Məktəbin müxtəlif korpuslarında quraşdırılmış turniket və keçid nəzarət sistemlərinin gündəlik izlənməsi;

  • Turniket sistemlərinin fasiləsiz və stabil fəaliyyətinin təmin edilməsi;

  • Sistem nasazlıqlarının ilkin texniki diaqnostikası və aradan qaldırılması;

  • Yeni turniket və keçid sistemlərinin quraşdırılması və sazlanmasında iştirak edilməsi;

  • Şagird və valideyn kartlarının hazırlanması, biometrik məlumatların (barmaq izi) qeydiyyatı;

  • Şagird kartları üçün foto məlumat bazasının formalaşdırılması və yenilənməsi;

  • İstifadəçi məlumatlarının proqram təminatına əlavə edilməsi və idarə olunması;

  • Sistem üzərindən giriş-çıxış proseslərinin təhlükəsizliyinin təmin edilməsi;

  • İstifadəçi rollarının və səlahiyyətlərinin idarə olunması;

  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

  • Məlumat bazasının sistemli və təhlükəsiz saxlanılmasının təmin edilməsi;

  • Təhlükəsizlik prosedurlarına uyğun fəaliyyətin təşkil edilməsi;

  • Zərurət olduqda HelpDesk proseslərinə texniki dəstək göstərilməsi;

  • Digər İT və təhlükəsizlik infrastrukturu ilə koordinasiyalı işin görülməsi.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (İT, Elektronika və əlaqəli istiqamətlər üstünlükdür);

  • Turniket və keçid nəzarət sistemlərinə aid proqram təminatları ilə işləmə bacarığı;

  • Keçid nəzarət sistemləri və turniketlərlə iş təcrübəsi;

  • Şəbəkə əsasları üzrə biliklər (IP, LAN, CMP, Gateway, Subnetmask, OSI Model, switch, patch panel anlayışları);

  • ZKBioSecurity və ya oxşar təhlükəsizlik proqram təminatları ilə iş təcrübəsi;

  • Təhlükəsizlik sistemləri üzrə praktik biliklər;

  • Elektron giriş sistemlərinin montajı və sazlanması üzrə təcrübə;

  • Texniki problemləri operativ analiz etmə və həll etmə bacarığı;

  • Məsuliyyətli, diqqətli və sistemli iş yanaşması;

  • MS Office proqramları ilə işləmə bacarığı.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;

  • İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);

  • Həyat yığım sığortası;

  • Könüllü tibbi sığorta;

  • Uşaqlara məktəb endirimləri;

  • Push 30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;

  • Peşəkar inkişaf imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Necə Müraciət Etmək Olar

Landau Education Group

Landau Education Group

Education

2018-ci ildə təsis edilmiş LANDAU Education Group baş ofisi Bakı şəhərində yerləşən, təhsil sahəsində fəaliyyət göstərən aparıcı holdinq şirkətidir. Qrup akademik mükəmməlliyə və şagirdlərin hərtərəfli inkişafına sadiq qalaraq, gələcəyin liderlərinin yetişdirilməsinə yönəlmiş müasir və keyfiyyətli təhsil yanaşmaları tətbiq edir. LANDAU Education Group müxtəlif təhsil müəssisələrindən ibarət geniş portfeli idarə edir. Bu portfelə LANDAU School, Landau PreSchool, Zafar Liseyi, Barama Uşaq Bağçası, Leznik & Co., LION Olimpiada Mərkəzi, 9–11 Hazırlıq Məktəbi və SABAH Məktəbi daxildir. Qrupun bütün təhsil qurumları yüksək nəticələrə və davamlı inkişafa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9657

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya