Layihələrin idarəolunması üzrə aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 29 mart 2026
Təsvir
Layihələrin idarə olunması və koordinasiyası;
Layihələr üzrə tələb olunan material və avadanlıqların proqnozlaşdırılması, planlaşdırılması və satınalma proseslərinin koordinasiyası;
Layihə çərçivəsində müxtəlif şirkətdaxili tərəfdaşların tələblərinin vahid standartlara uyğunlaşdırılması və proseslərə inteqrasiyası;
Layihə icrasının monitorinqi, risklərin müəyyən edilməsi və operativ həll yollarının hazırlanması;
Layihə üzrə mütəmadi status hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi.
Tələblər
Ali təhsil (Layihələrin idarəolunması, Biznesin idarəedilməsi və ya müvafiq sahə üzrə);
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Səlis Azərbaycan dili, rus dili və ingilis dili orta səviyyədə;
Microsoft Office proqramlarında işləmə bacarığı;
Analitik düşüncə qabiliyyəti və riyazi bilik səviyyəsi;
İşində dəqiq və məsuliyyətli;
PMP və Six Sigma (minimum white belt) sertifikatları arzuolunandır;
Komandada işləmək bacarığı;
Yüksək iş tempi və təzyiq altında effektiv işləmək bacarığı.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş qrafiki: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
İş yeri: Bayıl (servis xidməti mövcuddur);
Könüllü tibbi sığorta;
Həyat yığım sığortası;
Push30 proqramından 75% endirim ilə istifadə etmək imkanı;
Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
Peşəkar inkişaf imkanları.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Landau Education Group
Education
2018-ci ildə təsis edilmiş LANDAU Education Group baş ofisi Bakı şəhərində yerləşən, təhsil sahəsində fəaliyyət göstərən aparıcı holdinq şirkətidir. Qrup akademik mükəmməlliyə və şagirdlərin hərtərəfli inkişafına sadiq qalaraq, gələcəyin liderlərinin yetişdirilməsinə yönəlmiş müasir və keyfiyyətli təhsil yanaşmaları tətbiq edir. LANDAU Education Group müxtəlif təhsil müəssisələrindən ibarət geniş portfeli idarə edir. Bu portfelə LANDAU School, Landau PreSchool, Zafar Liseyi, Barama Uşaq Bağçası, Leznik & Co., LION Olimpiada Mərkəzi, 9–11 Hazırlıq Məktəbi və SABAH Məktəbi daxildir. Qrupun bütün təhsil qurumları yüksək nəticələrə və davamlı inkişafa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10018
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
51-200