Texniki dəstək üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 12 mart 2026
Təsvir
IT sahəsində ən az 1 il praktik təcrübə;
Ali təhsil (texniki təhsil arzu olunandır);
IT texnologiyaları və sistemləri ilə işləmək bacarığı;
Problemləri analiz edib tez həll edə bilmə;
Ünsiyyət,davranış, komandada işləmək, idarəetmə bacarıqları.
Vəzifə öhdəlikləri:
İstifadəçilərin texniki problemlərinin (hardware/software/şəbəkə) operativ həlli;
LAN/WAN şəbəkə infrastrukturunun konfiqurasiyası və problemlərin aradan qaldırılması;
Şəbəkə avadanlıqlarının (router/switch) idarə edilməsi;
Şəbəkədə baş vermiş problemləri araşdırmaq, müvafiq olaraq yönləndirmək;
IT avadanlıqlarının quraşdırılması, onun dəstəklənməsi və nasazlıqların aradan qaldırılması;
Müxtəlif əməliyyat sistemlərinin yüklənməsi və sazlanması (Windows 10/11) barədə məlumatlı olmaq;
“Hardware” və “Software” sistemlərinin quraşdırılması barədə məlumatlı olmaq;
Printerlərin sazlanması və periferiya qurğularında ortaya çıxacaq problemlərin həll edilməsi;
İstifadəçilərin müraciətinə (telefon və ya ticket) vaxtında baxmaq.
Üstünlüklər:
CCNA, CompTIA A+ sertifikatları.
İngilis və Rus dili biliyi.
İş şəraiti:
İş qrafiki: 09:00-18:00;
Əmək haqqı : Müsahibə əsasında təyin olunacaq.
Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza.
Uyğun namizədlərdən CV-lərini “Texniki dəstək üzrə mütəxəssis” başlığı altında göstərilən elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Necə Müraciət Etmək Olar
166 Yükdaşıma və Logistika
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8301
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə