Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 fevral 2026

Son Tarix: 25 mart 2026

Təsvir

166 Yükdaşıma və Logistika şirkətinə “1C proqramçı” vakansiyası üzrə əməkdaş tələb olunur.

Vəzifə öhdəlikləri:

  • 1C:TMS, 1C: ERP, 1C KA, 1C Mühasibatlıq müasir həllər əsasında həllərin tətbiqi;

  • 1C konfiqurasiyaları, vebsayt, bazarlar və digər xarici məlumat mənbələri daxil olmaqla mübadilə sistemləri üçün həllərin layihələndirilməsi;

  • 1C 8.3 platformasında konfiqurasiyaların təkmilləşdirilməsi;

  • 1C konfiqurasiyalarında şirkətin biznes proseslərinin avtomatlaşdırılması;

  • Sistem inteqrasiyası üzrə mütəxəssis kimi 1C proqram məhsullarının tətbiqində iştirak;

  • Sistem inteqrasiyasının dəstəklənməsi və saxlanması;

  • 1C sisteminin yeni komponentlərinin hazırlanması və tətbiqi;

  • Tələb olunan hesabatların hazırlanması və ya cari hesabatlarda dəyişikliklərin edilməsi.

Namizədə olan tələblər:

  • Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;

  • Rus dili biliyi üstünlükdür;

  • 1C inkişaf standartlarını bilmək, məlumatların saxlanma strukturunu, mübadilə mexanizmlərini başa düşmək;

  • MS SQL administrasiyasının əsasları haqqında biliklər (ehtiyat nüsxələrin necə çıxarılması, verilənlər bazasına müntəzəm texniki qulluq əməliyyatlarının qurulması və s);

  • 1C: ERP və ya 1C:TMS proqramlarının tərtibatçı səviyyəsində funksionallığı haqqında biliklər;

  • Qeyri-standart və ya əhəmiyyətli dəyişikliklər də daxil olmaqla konfiqurasiyalar arasında məlumatların ötürülməsi təcrübəsi;

  • Müvafiq konfiqurasiyalardan istifadə edərək ixtiyari mübadilə qaydalarının işlənib hazırlanması təcrübəsi;

  • 1C inteqrasiya mexanizmləri haqqında biliklər: məlumatların çevrilməsi (2.1 və 3.0), mübadilə planları, veb xidmətləri, http xidmətləri, OLE, xml, XDTO, OData və s.;

İş şərtləri:

  • İş qrafiki: 09:00-18:00;

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;

  • Ünvan: Yeni Həyat Plaza .,Zərifə Əliyeva 55.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “1C proqramçı” yazmaqla göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

166 Yükdaşıma və Logistika

166 Yükdaşıma və Logistika

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9774

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Texniki dəstək üzrə mütəxəssis

Tam Ştat

IT sahəsində ən az 1 il praktik təcrübə; Ali təhsil (texniki təhsil arzu olunandır); IT texnologiyaları və sistemləri ilə işləmək bacarığı; Problemləri analiz edib tez həll edə bilmə; Ünsiyyət,davranış, komandada işləmək, idarəetmə bacarıqları. Vəzifə öhdəlikləri: İstifadəçilərin texniki problemlərinin (hardware/software/şəbəkə) operativ həlli; LAN/WAN şəbəkə infrastrukturunun konfiqurasiyası və problemlərin aradan qaldırılması; Şəbəkə avadanlıqlarının (router/switch) idarə edilməsi; Şəbəkədə baş vermiş problemləri araşdırmaq, müvafiq olaraq yönləndirmək; IT avadanlıqlarının quraşdırılması, onun dəstəklənməsi və nasazlıqların aradan qaldırılması; Müxtəlif əməliyyat sistemlərinin yüklənməsi və sazlanması (Windows 10/11) barədə məlumatlı olmaq; “Hardware” və “Software” sistemlərinin quraşdırılması barədə məlumatlı olmaq; Printerlərin sazlanması və periferiya qurğularında ortaya çıxacaq problemlərin həll edilməsi; İstifadəçilərin müraciətinə (telefon və ya ticket) vaxtında baxmaq. Üstünlüklər: CCNA, CompTIA A+ sertifikatları. İngilis və Rus dili biliyi. İş şəraiti: İş qrafiki: 09:00-18:00; Əmək haqqı : Müsahibə əsasında təyin olunacaq. Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza. Uyğun namizədlərdən CV-lərini “Texniki dəstək üzrə mütəxəssis” başlığı altında göstərilən elektron poçt ünvanına göndərməkləri xahiş olunur.