Tərəfdaş ödənişləri üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 fevral 2026
Son Tarix: 19 mart 2026
Təsvir
MP (Market Place) tərəfindən merçantlardan və müştərilərə pul vəsaitlərinin qaytarılması prosesinin təşkili.
MP tərəfindən merçantlara və müştərilərə edilən qaytarmaların müddətlərinə və məbləğlərinə nəzarət.
Maliyyə, Zəng mərkəzi, Kommersiya, Logistika və Hüquq şöbələri ilə səmərəli qarşılıqlı kommunikasiya; tərəfdaşlarla borcun qaytarılması məsələləri üzrə əlaqə saxlanılması və ödəniş qrafiklərinin tərtibi.
Həftəlik hesabatların hazırlanması, qaytarılma təsdiqindən sonra 1 gün ərzində müştəriyə ödənişin göndərilməsi üzrə SLA-nın yerinə yetirilməsinə nəzarət.
Müştərilərə ödənişlərin həyata keçirilməsi üçün Mühasibatlıq/Hüquq şöbəsinə təqdim olunmaq məqsədilə sərəncamların vaxtında hazırlanması; e-kom ödənişləri, kreditlər və bonuslar üzrə qaytarılma sənədlərinin düzgün doldurulması.
Daimi səmərəliliyin artırılması: proseslər, resurslar, proqram təminatı.
Tələblər
Ali təhsil.
Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı, əsasən də (Word, Excell, Outlook).
Power Bl biliyi üstünlükdür.
Səlis Azərbaycan dili, rus dili biliyi üstünlükdür.
Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları.
Detallara diqqət, məsuliyyətlilik və nəticə yönümlülük.
Necə Müraciət Etmək Olar
Birmarket.az
Retail
Birmarket — Azərbaycanın ən böyük elektron ticarət platformalarından biridir və əvvəlcə Umico adı ilə tanınsa da 2025-ci ilin iyulundan etibarən Bir rəqəmsal ekosisteminin tərkib hissəsi olaraq Birmarket brendi altında fəaliyyət göstərir. Platforma on minlərlə məhsulu — elektronika, məişət texnikası, moda, ev əşyaları və daha çox kateqoriyanı — sərfəli qiymətlərlə təqdim edir və 2 milyon-dan çox istifadəçiyə unikal onlayn alış-veriş təcrübəsi yaradır. Birmarket müştərilərə ölkə üzrə 850-dən çox “Gəl-al” təhvil məntəqəsinə kuryer çatdırılması və 24 aya qədər hissə-hissə ödəmə kimi çevik ödəniş imkanları təklif edir. O, Birbank, m10 və MilliÖn kimi xidmətlərlə inteqrasiya olunmuş “Bir” rəqəmsal ekosisteminə daxildir, bu da alış-veriş, ödəniş və xidmətləri vahid rəqəmsal məkanda birləşdirərək istifadəçi təcrübəsini daha da zənginləşdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9044
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+