Ana Səhifə
Vakansiyalar

Tender sorğuları üzrə aparıcı mütəxəssis

Tender sorğuları üzrə aparıcı mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 13 yanvar 2026

Son Tarix: 13 fevral 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Dövlət və özəl tender sorğularının gündəlik monitorinqi və təhlili

  • Tender sənədlərinin (texniki tekliflerin) hazırlanması və koordinasiyası

  • Satınalma prosedurlarına və tender qaydalarına uyğunluğun təmin edilməsi

  • Bazar araşdırılmasının aparılması, yerli və xarici istehsalçılardan uyğun məhsul və xidmətlərin müəyyən edilməsi

  • Yerli və xarici istehsalçılardan qiymət təkliflərinin toplanması, müqayisəli təhlilin aparılması

  • Qiymət–keyfiyyət balansı nəzərə alınmaqla ən uyğun və rəqabətqabiliyyətli təklifin hazırlanması

  • İstehsalçılar, təchizatçılar və tərəfdaşlarla yazışmaların və danışıqların aparılması

  • Tender nəticələrinin izlənilməsi, analiz edilməsi və müvafiq hesabatların hazırlanması

  • Qalib olduqdan sonra müqavilə mərhələsində aidiyyəti şöbələrlə koordinasiya

Tələblər

  • Ali təhsil (iqtisadi, mühəndislik və ya oxşar sahə arzuolunandır)

  • Tender və satınalma sahəsində minimum 5 il iş təcrübəsi

  • Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə (Rus dili üstünlükdür)

  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı

  • Analitik düşünmə, danışıqlar aparmaq və qərarvermə bacarığı

  • Məsuliyyətlilik, dəqiqlik və vaxtın effektiv idarə olunması

Biz nə təklif edirik:

  • Rəqabətqabiliyyətli əməkhaqqı

  • Stabil və peşəkar iş mühiti

  • Karyera və peşəkar inkişaf imkanları

  • Böyük və strateji layihələrdə iştirak imkanı

İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00)

Müraciət qaydası:

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tender sorğuları üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4727

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Təchizat üzrə aparıcı mütəxəssis

Tam Ştat

Namizədlərə tələblər aşağıdakı kimidir: Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması arzu olunandır); Təchizat üzrə 5 il iş təcrübəsi ; İstehsalat sahələri üzrə satınalmalarda təcrübəyə üstünlük verilir; MS Office, Outlook ilə yüksək səviyyədə işləmə bacarığı; Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir; Məsuliyyətlilik və kollektivdə işləmə bacarığı. Vəzifə öhdəlikləri: Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili bazarda araşdırılması; Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi; Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə təmin edilməsi; Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi; Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi; Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi; Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi; Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması; Hesabatların hazırlanması və analiz olunması. İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00) Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.