Təchizat üzrə aparıcı mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 yanvar 2026
Son Tarix: 13 fevral 2026
Təsvir
Namizədlərə tələblər aşağıdakı kimidir:
Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması arzu olunandır);
Təchizat üzrə 5 il iş təcrübəsi ;
İstehsalat sahələri üzrə satınalmalarda təcrübəyə üstünlük verilir;
MS Office, Outlook ilə yüksək səviyyədə işləmə bacarığı;
Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir;
Məsuliyyətlilik və kollektivdə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili bazarda araşdırılması;
Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə təmin edilməsi;
Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
Hesabatların hazırlanması və analiz olunması.
İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00)
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Gravity LTD
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4726
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə