Şirkətlərə Qayıt
Gravity LTD

Gravity LTD

3

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

3 iş elanı

Gravity LTD

Təchizat üzrə aparıcı mütəxəssis

Gravity LTD

Tam Ştat
Orta Səviyyə

Namizədlərə tələblər aşağıdakı kimidir: Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması arzu olunandır); Təchizat üzrə 5 il iş təcrübəsi ; İstehsalat sahələri üzrə satınalmalarda təcrübəyə üstünlük verilir; MS Office, Outlook ilə yüksək səviyyədə işləmə bacarığı; Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir; Məsuliyyətlilik və kollektivdə işləmə bacarığı. Vəzifə öhdəlikləri: Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili bazarda araşdırılması; Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi; Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə təmin edilməsi; Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi; Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi; Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi; Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi; Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması; Hesabatların hazırlanması və analiz olunması. İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00) Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Razılaşma yolu ilə

Son Tarix: 13 fevral 2026