Ana Səhifə
Vakansiyalar

Təmizlik üzrə Nəzarətçi

Təmizlik üzrə Nəzarətçi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 29 aprel 2026

Son Tarix: 28 may 2026

Təsvir

  • Yerli və ya xarici qonaqlara vaxtında və nəzakətlə xidmət göstərilməsini və Otel qaydalarına riayət etməyi təmin etmək üçün Təsərrüfat şöbəsinin işçi heyətinə nəzarət etmək.

  • Hər gün müntəzəm olaraq Qrup rəhbərlərinin vəzifələrini müəyyən edir və onlara xüsusi layihələr təqdim edir, inkişafa nəzarət edir və Menecerə bu işlər barədə məruzə edir.

  • Otaqları, xüsusilə V.I.P., V.V.I.P. və Daimi Qonaqların, yoxlayır və bu qonaqları istədikləri zaman güllərlə təmin edir və onların digər istəklərini həyata keçirir.

  • Cihazların, avadanlıqların və rahatlıq üçün əlverişli şəraitin təmiz olması və yaxşı təşkil olunması üçün Mərtəbələri və İctimai yerləri yoxlayır; xarici podratçıların müqavilələrinə uyğun olaraq fəaliyyət göstərmələrini təmin etmək üçün onlar tərəfindən icra olunan işlərə nəzarət edir;

  • “Yeni Ağdam Hotel Company” MMC-nin hotel standartlarına uyğun olaraq tədbirlər həyata keçirir;

  • İş üçün müraciət edənləri yoxlamaqla və onlarla müsahibə keçirməklə yeni işçi heyətinin seçilməsində iştirak edir;

  • Əməkdaşlar üçün təlimlər təşkil edir, təlim planı tərtib edir və Menecerlə razılaşdırılır.;

  • Təmizlik üzrə işçi heyətini gündəlik operativ fəaliyyət və problemlər barədə xəbərdar edir və onları işləri ilə bağlı olan bütün məlumatlarla təmin edir;

  • Bütün lazım olan avadanlıqları qabaqcadan müəyyən edir və quraşdırır, onların istifadəyə yararlı olmasını təmin edir;

  • Qonaqların və digər şöbələrin rahatlıqlarını təmin etmək və onları məmnun etmək üçün onların şərh və təkliflərini alır. Təmizlik şöbəsinin göstərdiyi xidmətləri təkmilləşdirmək üçün Menecerə məsləhətlər verir;

  • Cədvəl tərtib etmək, yoxlamalar və qeydlər aparmaq, inkişaf etmək, digər müvafiq şöbələrlə əlaqə saxlamaqla ümumi təmizlik kimi müxtəlif təmizlik layihələrində iştirak etmək;

  • Biznes işlərini həyata keçirmək üçün illik mühafizəçi qrupu, CAPEX – in və şöbənin büdcəsini hazırlamaqda Menecerə kömək etməlidir;

  • İclaslar keçirmək, məruzələr hazırlamaq, gündəlik qeydiyyatlar aparmaq və s. kimi işlərlə bağlı bir neçə administrativ işləri yerinə yetirməlidir;

  • Ona menecment tərəfindən təyin edilmiş istənilən bu və digər vəzifələri yerinə yetirir.

Tələblər

Təhsil: Ali  və ya orta ixtisas təhsil.

İş təcrübəsi: Bu sahədə ən azı 2 il iş təcrübəsi.

Bilik və Bacarıqlar:

  • 1С 8.3, Opera və İscala proqramlarından işləmə bacarığı;

  • Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı.

  • Peşəkar, işgüzar görünüş və təqdimat;

  • Problemləri həll etmə bacarığı

Kompüter bilikləri:

  • Restoran proqramlarından, MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə.

Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst;

  • İngilis dili biliyinin olması vacibdir.

  • İş yeri Ağdam şəhərində yerləşir.

  • Qidalanma və yaşayış yeri və transportla təmin edilir.

  • Uyğun namizədlər zəhmət olmazsa, CV-lərini “Təmizlik üzrə nəzarətçi” qeyd edərək, hr@aghdamcityhotel.az e-mail ünvanına göndərə bilərlər.

İş yeri:

  • Fəaliyyət ünvanı: Ağdam şəhəri, "Hilton Garden İnn Aghdam" Hotel.

Necə Müraciət Etmək Olar

TABIA Group LLC

TABIA Group LLC

Other

TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15484

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Baş Mühəndis

Tam Ştat

Texniki şöbənin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması, gündəlik texniki yoxlamaların və təmir işlərininin idarə edilməsi; Əməliyyat səmərəliliyini qorumaq və aktivlərin ömrünü uzatmaq üçün müntəzəm yoxlamaların, profilaktik baxımların və zəruri təmirlərin effektiv şəkildə planlaşdırılmasını və həyata keçirilməsini təmin etmək; Texniki şöbənin iş həcminə və prioritetlərə müvafiq olaraq iş qrafiklərinin tərtib edilməsi və nəzarətin təşkil edilməsi; Təmir və xidmət üçün lazımi materialların və ehtiyat hissələrinin sifarişinin əvvəlcədən planlaşdırılaraq icra edilməsi; Bütün daxili şöbələrin şikayətləri və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq; Şöbənin fəaliyyətinin və tələb olunan ərazilərin təkmilləşdirilməsi məqsədilə daimi yeni təkliflər hazırlayaraq rəhbərliyə təqdim edilməsi və təsdiq olunduqda icrasının həyata keçirilməsi; Bina, onun sistemləri və istismar prosedurlarının qüvvədə olan daxili prosedurlar və qanunvericiliklə uyğunluq təşkil etməsinin təmin olunması; Fövqəladə halların aradan qaldırılması üzrə tədbirlər, habelə bütün həyat təhlükəsizliyi, yanğından mühafizə sistemlərinin istismarı, texniki xidmətinə dair planın hazırlanması;

Qeydiyyatçı

Tam Ştat

Bütün qonaqları qarşılamaq və salamlamaq, qeydiyyat prosesində onlara kömək etmək; Otaqların açarlarına ciddi nəzarəti təmin etmək; Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək; Şəhərdə və ölkədə otellər və turizm haqqında dəqiq biliklərə malik olmaq; İtən və tapılan əşyalar haqqında xəbər vermək; Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək; İşçilərin “Biz bir komandayıq!” ruhunda çalışmalarını dəstəkləmək və bunu qoruyub saxlamaq; Gəlmələr və getmələr haqqında məlumatları yoxlamaq, baqajların boşaldılması və daşınması, habelə qonaqlar tərəfindən tələb edilən digər xidmətləri təşkil etmək; Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək; Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq; Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq; Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və xoş iş münasibətlərini qoruyub saxlamaq; Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq; Qonaqlara dair arxiv sənədlərinin səliqəli ilə aparılmasını və təkrar qonaqların əvvəlcədən qeydiyyata alınmasını təmin etmək;