Qeydiyyatçı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 21 may 2026
Təsvir
Bütün qonaqları qarşılamaq və salamlamaq, qeydiyyat prosesində onlara kömək etmək;
Otaqların açarlarına ciddi nəzarəti təmin etmək;
Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək;
Şəhərdə və ölkədə otellər və turizm haqqında dəqiq biliklərə malik olmaq;
İtən və tapılan əşyalar haqqında xəbər vermək;
Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək;
İşçilərin “Biz bir komandayıq!” ruhunda çalışmalarını dəstəkləmək və bunu qoruyub saxlamaq;
Gəlmələr və getmələr haqqında məlumatları yoxlamaq, baqajların boşaldılması və daşınması, habelə qonaqlar tərəfindən tələb edilən digər xidmətləri təşkil etmək;
Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək;
Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq;
Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq;
Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və xoş iş münasibətlərini qoruyub saxlamaq;
Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq;
Qonaqlara dair arxiv sənədlərinin səliqəli ilə aparılmasını və təkrar qonaqların əvvəlcədən qeydiyyata alınmasını təmin etmək;
Tələblər
Müvafiq sahə üzrə 1-2 il təcrübə;
Məsuliyyətlilik və operativlik;
MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar;
Azərbaycan dili – sərbəst;
Rus və ya İngilis dili – yaxşı səviyyədə;
Dinləmə bacarıqları;
Konfliktləri həll etmə bacarığı;
Detallara diqqətli olmaq.
İş vaxtının norması:
5 günlük iş həftəsi (növbəli qrafik);
İstirahət günü: 2 (iki) gün.
Iş Yeri:
Bakı şəhəri, The Central Point Hotel Baku
Necə Müraciət Etmək Olar
TABIA Group LLC
Other
TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15241
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000