Nəzarətçi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 24 may 2026

Təsvir

  • Təhlükəsizlik şöbəsinin işçiləri və rəhbərliyə məlumat verilməsi üçün qeydiyyat jurnalında təhlükəsizliklə bağlı bütün hadisələri qeydə almaq.

  • Vestibüllər, dəhlizlər, qonaq otaqları və ictimai ərazilərdə keşik çəkmək, eyni zamanda heç bir yanğın, təhlükəsiz şəraitlər və / yaxud çatışmayan, ya da işləməyən təhlükəsizlik avadanlıqlarının olmadığına əmin olmaq.

  • Kömək üçün hər hansı çağırışlarda iştirak etmək.

  • Açarların verilməsi ilə bağlı otel siyasət və prosedurlarına hər zaman riayət olunmasını təmin etmək.

  • Bütün qonaqlar, o cümlədən təchizatçılar, podratçılar, yarım-ştat işçilər, əməkdaşlar və s. tərəfindən təhlükəsizlik vəsiqələrinin verilməsi ilə əlaqəli otelin siyasət və prosedurlarına riayət olunduğunu təmin etmək.

  • İşçilərin giriş qapısı, nəzarət otağı, gözətçi otağı, əsas giriş, eləcə də otelin avtomobil yolu kimi təyin edilmiş postlar üçün tapşırıqlar və öhdəliklərin hər zaman peşəkar səviyyədə yerinə yetirilməsini təmin etmək.

  • Fövqəladə vəziyyətlərdə təyin edilmiş tapşırıqlara köməklik göstərmək.

  • Oteldə yanğın zamanı və təxliyə prosesində təyin edilmiş öhdəlikləri yerinə yetirməyə kömək etmək.

  • Təxliyə çıxışlarının hər zaman maneəsiz olduğunu təmin etmək.

  • Hər hansı şübhəli şəxs olduqda, ona (nəzakətlə və etik qaydada) müvafiq suallar vermək; sorğu olunan şəxsin qənaətbəxş cavab vermədiyi təqdirdə, həmin şəxsin içəri daxil olmasına icazə verməmək; hər hansı problem yarandıqda, dərhal kömək üçün müraciət etmək.

  • Otelin planına daxil olan hər bir element, o cümlədən suçiləmə sistemi, tüstü detektorları, yanğınla mübarizə avadanlıqları, qəza çıxışları, yanğına nəzarət otağı, yanğın indikatoru panelləri, qəza təxliyəsi, ümumi məlumatlandırma sistemləri (radioqovşaq), oteldən kənarda yerləşən fövqəladə

  • toplantı ərazisi, yanğın / bomba təhlükəsi və təhlükəsizlik prosedurları, otelin xidməti liftləri və təcili tibbi yardım avadanlıqlarının yerləri və iş funksiyaları haqqında məlumatlı olmaq.

Tələblər

  • Ali və ya orta təhsil.

  • Təhlükəsizlik və ya əlaqəli sahələr üzrə əlavə kurslar və sertifikatlar arzuolunandır.

  • Təhlükəsizlik sahəsində iş təcrübəsi (otel və ya digər oxşar müəssisələrdə təcrübə üstünlükdür).

  • Kamera sistemləri və təhlükəsizlik avadanlıqları ilə işləmək üzrə təcrübə.

  • Yaxşı müşahidə və diqqətlilik bacarığı.

  • Təhlükəsizlik sistemləri və avadanlıqları barədə bilik.

  • Texniki problemləri tez həll etmək və operativ qərar qəbul etmək bacarığı.

  • Komandada işləmək bacarığı və əlaqə qurma qabiliyyəti.

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə.

**Dil bilikləri:**Azərbaycan dili – sərbəst, rus və ingilis dili – orta səviyyədə

İş yeri: Bakı şəhəri, The Central Point Hotel Baku

Necə Müraciət Etmək Olar

TABIA Group LLC

TABIA Group LLC

Other

TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15239

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Qeydiyyatçı

Tam Ştat

Bütün qonaqları qarşılamaq və salamlamaq, qeydiyyat prosesində onlara kömək etmək; Otaqların açarlarına ciddi nəzarəti təmin etmək; Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək; Şəhərdə və ölkədə otellər və turizm haqqında dəqiq biliklərə malik olmaq; İtən və tapılan əşyalar haqqında xəbər vermək; Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək; İşçilərin “Biz bir komandayıq!” ruhunda çalışmalarını dəstəkləmək və bunu qoruyub saxlamaq; Gəlmələr və getmələr haqqında məlumatları yoxlamaq, baqajların boşaldılması və daşınması, habelə qonaqlar tərəfindən tələb edilən digər xidmətləri təşkil etmək; Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək; Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq; Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq; Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və xoş iş münasibətlərini qoruyub saxlamaq; Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq; Qonaqlara dair arxiv sənədlərinin səliqəli ilə aparılmasını və təkrar qonaqların əvvəlcədən qeydiyyata alınmasını təmin etmək;

İnsan Resursları üzrə Menecer Müavini

Tam Ştat

İşçilərin qanunvericiliklə və şirkət tərəfindən tələb olunan sənədlərini qəbul etmək; Xarici vətəndaşların viza, miqrasiya ilə bağlı prosedurlarını həyata keçirmək; Müəssisənin strukturunu yaratmaq, daxili dəyişikliklər baş verdikdə onu yeniləmək; ƏMAS və ERP sistemə tələb olunan məlumatları daxil etmək; Yeni işə başlayan işçiləri ilkin təlimatla tanış etmək və tələb olunan sənədləri təqdim edərək imzalatmaq; Şöbələr tərəfindən təqdim olunan iş cədvəllərinin ilkin yoxlanışını aparmaq və yanlışlıqlar olduqda dərhal şöbəni məlumatlandırmaq; Təsadüfi yoxlamalar apararaq iş prosesinə nəzarət etmək; İşçilərə aid olan normativ, metodik və digər rəhbər materialları tərtib etmək, qaydasında saxlamaq; İR şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsi; İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyə riayət etmək; İşçilərin ixtisas və peşəkarlığının artırılması işini həyata keçirmək; Şəxsi işlərin aparılması və məxfiliyin qorunması, sosial müavinatların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsi; İşçi hərəkətlərinin uçot metodlarını həyata keçirmək; Həmkarlarla normal iş münasibətlərini qoruyub saxlamaq və bərabərlik prinsipinə əməl etmək. Müəssisənin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək; Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək. Tələb olunduqda, təlim sessiyaları və toplantıları aparmaq. İşə qəbul prosesini aparmaq, seçim fəaliyyətlərinə nəzarət etmək, proses boyu müvafiq şöbə rəhbərləri ilə işləmək.