Təmir-Tikinti Meneceri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 23 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Təmir və tikinti işləri üzrə illik, rüblük və aylıq fəaliyyət planlarının hazırlanması və icrasının təmin edilməsi
Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki normalara və təhlükəsizlik qaydalarına uyğunluğuna nəzarət
Layihə sənədlərinin (çertyojlar, smetalar, texniki tapşırıqlar, iş qrafikləri) hazırlanmasının və icrasının təşkili
Podratçı və subpodratçı şirkətlərin seçimi, müqavilələrin icrasına və iş keyfiyyətinə nəzarət
Sahədə görülən işlərin gündəlik monitorinqi və operativ problemlərin həlli
Texniki heyətin (elektrik, santexnik, qaynaqçı, mexanik və s.) iş bölgüsünün aparılması və koordinasiyası
Tikinti materialları və avadanlıqların seçimi, sifarişi, düzgün istifadəsi və uçotuna nəzarət
Texniki risklərin müəyyən edilməsi və qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi
Dövlət qurumları və nəzarət orqanları (FHN, İcra Hakimiyyəti, kommunal müəssisələr və s.) ilə texniki məsələlərin və icazələrin idarə olunması
Görülmüş işlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Obyektlərin texniki vəziyyətinin mütəmadi yoxlanılması və profilaktik tədbirlərin təşkili
Tələblər
Tikinti və ya Memarlıq sahəsində ali təhsil
Tikinti üzrə norma və qaydalar haqqında biliklər
Təmir-tikinti və mühəndislik sahəsində minimum 5 il iş təcrübəsi
Layihə idarəetməsi bacarığı
Texniki sənədlərlə (çertyoj, smeta, akt və s.) işləmək bacarığı
AutoCAD proqramını yaxşı səviyyədə bilmək (mütləqdir)
Liderlik və analitik düşünmə qabiliyyəti
CV-nizi mövzu hissəsində “Təmir-Tikinti Meneceri” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
TAİS İKF
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15244
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer