Ana Səhifə
Vakansiyalar
İnsan Resursları (HR)
Təlim və İnkişaf

Təlim və inkişaf üzrə böyük mütəxəssis / Senior Learning & Development Specialist

Təlim və inkişaf üzrə böyük mütəxəssis / Senior Learning & Development Specialist

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 18 iyun 2026

Təsvir

Təlim və inkişaf üzrə böyük mütəxəssis

Vəzifə öhdəlikləri

  • İş təhlili və karyera inkişafı vasitəsilə şirkətin təlim ehtiyaclarını müəyyən etmək və qiymətləndirmək;

  • Xüsusi biznes ehtiyaclarına cavab verən fərdi və qrup təlim proqramlarını hazırlamaq;

  • Effektiv və məqsədyönlü tədris metodlarını tətbiq etmək;

  • Xarici vendorlarla əməkdaşlığın idarə olunması və koordinasiyası;

  • Daxili təlimlərin təşkili və koordinasiyasını həyata keçirmək;Nəzərəçarpan nəticələr əldə etməyə yönəlmiş təlim vəsaitləri və materialları hazırlamaq;

  • Təlim materiallarının və proqramlarının aktuallığını, düzgünlüyünü və səmərəliliyini təmin etmək;

  • İşçilərin bacarıqlarını, performansını və fəaliyyətini qiymətləndirərək inkişaf sahələrini müəyyən etmək;

  • Təlimlərin biznes ehtiyaclarına uyğunluğunu və məhsuldarlığın artırılmasını təmin etmək məqsədilə təşkilat fəaliyyətini təhlil etmək;

  • Təşkilatın məqsədlərinə uyğun strateji təlim proqramları hazırlamaq;

  • Təlim planlarının, nəticələrinin və strategiyalarının uğurla həyata keçirilməsinə nəzarət etmək;

  • Şirkət siyasətlərinə və Standart Əməliyyat Prosedurlarına davamlı uyğunluğu təmin etmək.

Tələblər

  • İnsan Resursları, Biznesin İdarəedilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;

  • Təlim və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi;

  • Təlim proqramlarının hazırlanması və təqdimatı üzrə praktiki bilik;

  • Güclü ünsiyyət, təqdimat və analitik düşünmə bacarıqları;

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;

  • LMS (Learning Management System) platformaları ilə işləmək təcrübəsi;

  • Azərbaycan və ingilis dilində səlis yazılı və şifahi ünsiyyət, rus dili biliyi üstünlükdür

  • Strateji və analitik düşünmə bacarığı;

  • Liderlik və komanda ilə effektiv işləmək bacarığı;

  • Dəyişikliklərə uyğunlaşmaq və təşəbbüskar olmaq;

  • Güclü ünsiyyət və təqdimat bacarıqları;

  • Vaxtın və prioritetlərin düzgün idarə olunması bacarığı;

  • Peşəkar etik qaydalara riayət etmək.

Maraqlanan namizədlər qeyd olunan elektron poçt ünvanına “Təlim və inkişaf üzrə böyük mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Senior Learning & Development Specialist

Job Responsibilities

  • Identify and assess the company’s training needs through job analysis and career development initiatives;

  • Design individual and group training programs tailored to specific business needs;

  • Apply effective and goal-oriented instructional methods;

  • Manage and coordinate collaboration with external vendors;

  • Organize and coordinate internal training sessions;

  • Prepare training materials and resources aimed at achieving measurable results;

  • Ensure the relevance, accuracy, and effectiveness of training materials and programs;

  • Evaluate employees’ skills, performance, and productivity to identify development areas;

  • Analyze organizational operations to ensure training aligns with business needs and enhances productivity;

  • Develop strategic training programs aligned with organizational goals;

  • Monitor the successful implementation of training plans, outcomes, and strategies;

  • Ensure continuous compliance with company policies and Standard Operating Procedures (SOPs).

Requirements

  • Bachelor’s degree in Human Resources, Business Administration, or a related field;

  • Minimum 3 years of experience in Training and Development;

  • Practical knowledge of developing and delivering training programs;

  • Strong communication, presentation, and analytical thinking skills;

  • Proficiency in MS Office applications;

  • Experience working with LMS (Learning Management System) platforms;

  • Fluent written and verbal communication skills in Azerbaijani and English; knowledge of Russian is an advantage;

  • Strategic and analytical thinking abilities;

  • Leadership skills and the ability to work effectively within a team;

  • Adaptability to change and a proactive mindset;

  • Strong communication and presentation skills;

  • Effective time management and prioritization skills;

  • Commitment to professional ethics and standards.

Interested candidates may apply by sending their CVs to the e-mail address in the Apply for job button with the subject line “Senior Training and Development Specialist.”

Please note that only shortlisted candidates will be contacted for the next stage of the recruitment process.

Necə Müraciət Etmək Olar

Azerbaijan SuperMarket

Azerbaijan SuperMarket

Retail

Azerbaijan SuperMarket Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı üzrə fəaliyyət göstərən supermarket şirkətidir. Şirkət müştərilərə geniş məhsul çeşidi və münasib qiymətlərlə rahat alış-veriş təcrübəsi təklif etməyi hədəfləyir və milli dəyərlərə bağlı, etibarlı brend imicini qorumağa çalışır. Məqsədi yüksək keyfiyyətli məhsulları həm yerli, həm də beynəlxalq standartlara uyğun şəkildə təqdim etməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16724

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Malların qəbulu və anbar üzrə köməkçi

Tam Ştat

Vəzifə üzrə öhdəliklər: Malları düzgün temperaturda və düzgün şəkildə qəbul etmək, son istifadə tarixi, sayı, kütləsi, fiziki görünüşü və sifarişdə qeyd olunan məlumatlara uyğunluğunu yoxlamaq və aşkar olunan problemlər barədə rəhbərliyə məlumat vermək; Malları qəbul edərkən müvafiq şöbənin məsul şəxslərini çağırmaqla qəbul olunan malların məqbul keyfiyyətdə və sifarişə uyğun olmasından tam əmin olmaq; Çatdırılan malların verilmiş sifarişlərə uyğunluğunu yoxlamaq; Sənəd və fakturalardakı bütün məlumatları vaxtlı-vaxtında kompüterdə və qeydiyyat jurnallarında yeniləmək; Anbar ərazisinə daxil olan yük maşınlarının qeydiyyatını aparmaq, yoxlama vərəqini (çeklist) doldurmaq, qəbul prosesini sənədləşdirmək və məsul şəxsə göndərmək; Qida təhlükəsizliyi standartlarına uyğun olmayan və geri göndərilən məhsulları aktlaşdırmaq; Mərkəzi anbardan və təchizatçılardan gələn nəqliyyat vasitələrinə malları SƏTƏM qaydalarına uyğun şəkildə yükləmək və boşaldaraq anbara təlimat üzrə yerləşdirmək; Mal və məhsulların itkisinə yol verməmək, daşınarkən malların zədələnməməsinə diqqət etmək; Şöbələrə göndərilməyən ehtiyat malları SƏTƏM və təlimat qaydalarına uyğun şəkildə, istifadə müddətinin artan sırası gözlənilməklə (FİFO) anbarın rəflərinə yığmaq və boş paletləri furqonlara yükləmək; Malları SƏTƏM qaydaları üzrə anbardan götürmək və müvafiq şöbə əməkdaşlarına təhvil vermək; Vəzifə ilə bağlı işçiyə təhkim edilən yükqaldırma və yükdaşıma avadanlıqlarından SƏTƏM qaydalarına riayət olunmaqla təlimatda göstərildiyi şəkildə istifadə etmək; Anbar ərazisinin təmiz saxlanılmasına və SƏTƏM qaydalarına ciddi riayət etmək; Vəzifə ilə bağlı olan və əlavə SƏTƏM təlimatları tələb etməyən digər işləri həyata keçirmək; Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək; Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək; Vəzifə üzrə öhdəliklər: Orta və ya orta ixtisas təhsili (logistika, ticarət, anbar uçotu üstünlükdür) Anbar uçotu və sənədləşmə barədə baza biliklər Qida təhlükəsizliyi və SƏTƏM (əməyin təhlükəsizliyi) qaydaları üzrə anlayış Anbar, qəbul, logistika və ya oxşar sahədə təcrübə (adətən 1–2 il üstünlük sayılır) Malların qəbul-təhvil prosesində işləmə təcrübəsi Kompüter bilikləri (xüsusilə Excel) Elektron və kağız sənədlərlə işləmə bacarığı Çeklist, faktura və uçot sənədlərini düzgün doldurma Diqqətlilik və detallara həssaslıq (sayı, çəki, tarix, keyfiyyət yoxlanışı üçün) Malların düzgün yerləşdirilməsi və daşınması Fiziki dözümlülük (yük qaldırma və daşınma işləri olduğu üçün) Anbar şəraitində işləməyə uyğunluq (soyuq/isti mühitlər daxil ola bilər) Məsuliyyətlilik və intizamlılıq Komanda ilə işləmə bacarığı Operativlik və stres altında işləmək bacarığı Rəhbər göstərişlərinə dəqiq əməl etmək Əmək şəraiti: İş qrafiki: 08:00 – 17:00 (6 günlük) Əmək haqqı: 630 Azn net + 40 manat yemək kartı İş yeri: Şüvəlan qəsəbəsi, Bravo Market Müraciət qaydası: Maraqlanan namizədlər öz CV-lərini “Malların qəbulu və anbar üzrə köməkçi” mövzusu ilə göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.