Malların qəbulu və anbar üzrə köməkçi

Tam Ştat

Orta Səviyyə

630 AZN-dən

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 21 may 2026

Təsvir

Vəzifə üzrə öhdəliklər:

  • Malları düzgün temperaturda və düzgün şəkildə qəbul etmək, son istifadə tarixi, sayı, kütləsi, fiziki görünüşü və sifarişdə qeyd olunan məlumatlara uyğunluğunu yoxlamaq və aşkar olunan problemlər barədə rəhbərliyə məlumat vermək;

  • Malları qəbul edərkən müvafiq şöbənin məsul şəxslərini çağırmaqla qəbul olunan malların məqbul keyfiyyətdə və sifarişə uyğun olmasından tam əmin olmaq;

  • Çatdırılan malların verilmiş sifarişlərə uyğunluğunu yoxlamaq;

  • Sənəd və fakturalardakı bütün məlumatları vaxtlı-vaxtında kompüterdə və qeydiyyat jurnallarında yeniləmək;

  • Anbar ərazisinə daxil olan yük maşınlarının qeydiyyatını aparmaq, yoxlama vərəqini (çeklist) doldurmaq, qəbul prosesini sənədləşdirmək və məsul şəxsə göndərmək;

  • Qida təhlükəsizliyi standartlarına uyğun olmayan və geri göndərilən məhsulları aktlaşdırmaq;

  • Mərkəzi anbardan və təchizatçılardan gələn nəqliyyat vasitələrinə malları SƏTƏM qaydalarına uyğun şəkildə yükləmək və boşaldaraq anbara təlimat üzrə yerləşdirmək;

  • Mal və məhsulların itkisinə yol verməmək, daşınarkən malların zədələnməməsinə diqqət etmək;

  • Şöbələrə göndərilməyən ehtiyat malları SƏTƏM və təlimat qaydalarına uyğun şəkildə, istifadə müddətinin artan sırası gözlənilməklə (FİFO) anbarın rəflərinə yığmaq və boş paletləri furqonlara yükləmək;

  • Malları SƏTƏM qaydaları üzrə anbardan götürmək və müvafiq şöbə əməkdaşlarına təhvil vermək;

  • Vəzifə ilə bağlı işçiyə təhkim edilən yükqaldırma və yükdaşıma avadanlıqlarından SƏTƏM qaydalarına riayət olunmaqla təlimatda göstərildiyi şəkildə istifadə etmək;

  • Anbar ərazisinin təmiz saxlanılmasına və SƏTƏM qaydalarına ciddi riayət etmək;

  • Vəzifə ilə bağlı olan və əlavə SƏTƏM təlimatları tələb etməyən digər işləri həyata keçirmək;

  • Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;

  • Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək;

Vəzifə üzrə öhdəliklər:

  • Orta və ya orta ixtisas təhsili (logistika, ticarət, anbar uçotu üstünlükdür)

  • Anbar uçotu və sənədləşmə barədə baza biliklər

  • Qida təhlükəsizliyi və SƏTƏM (əməyin təhlükəsizliyi) qaydaları üzrə anlayış

  • Anbar, qəbul, logistika və ya oxşar sahədə təcrübə (adətən 1–2 il üstünlük sayılır)

  • Malların qəbul-təhvil prosesində işləmə təcrübəsi

  • Kompüter bilikləri (xüsusilə Excel)

  • Elektron və kağız sənədlərlə işləmə bacarığı

  • Çeklist, faktura və uçot sənədlərini düzgün doldurma

  • Diqqətlilik və detallara həssaslıq (sayı, çəki, tarix, keyfiyyət yoxlanışı üçün)

  • Malların düzgün yerləşdirilməsi və daşınması

  • Fiziki dözümlülük (yük qaldırma və daşınma işləri olduğu üçün)

  • Anbar şəraitində işləməyə uyğunluq (soyuq/isti mühitlər daxil ola bilər)

  • Məsuliyyətlilik və intizamlılıq

  • Komanda ilə işləmə bacarığı

  • Operativlik və stres altında işləmək bacarığı

  • Rəhbər göstərişlərinə dəqiq əməl etmək

Əmək şəraiti:

  • İş qrafiki: 08:00 – 17:00 (6 günlük)

  • Əmək haqqı: 630 Azn net + 40 manat yemək kartı

  • İş yeri: Şüvəlan qəsəbəsi, Bravo Market

Müraciət qaydası: Maraqlanan namizədlər öz CV-lərini “Malların qəbulu və anbar üzrə köməkçi” mövzusu ilə göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Azerbaijan SuperMarket

Azerbaijan SuperMarket

Retail

Azerbaijan SuperMarket Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı üzrə fəaliyyət göstərən supermarket şirkətidir. Şirkət müştərilərə geniş məhsul çeşidi və münasib qiymətlərlə rahat alış-veriş təcrübəsi təklif etməyi hədəfləyir və milli dəyərlərə bağlı, etibarlı brend imicini qorumağa çalışır. Məqsədi yüksək keyfiyyətli məhsulları həm yerli, həm də beynəlxalq standartlara uyğun şəkildə təqdim etməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14374

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Təsərrüfat xidmətləri üzrə Texnik (Maintenance Technician)

Tam Ştat

Təsərrüfat xidmətləri üzrə Texnik Vəzifə öhdəlikləri Bütün təmir xidmətlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etmək. Təyin olunmuş podratçı tərəfindən tamamlanmış avadanlıqları yoxlamaq və istifadəyə hazır olduğunu təsdiqləmək. Mağaza rəhbərliyinin göstərişlərinə əsasən xüsusi layihələrin icrasını təşkil etmək və koordinasiya etmək. Xarici podratçılar tərəfindən görülən işlərin keyfiyyətinin yoxlanılmasında iştirak etmək. 0.4 kV elektrik sistemində xırda nasazlıqları aşkar etmək və aradan qaldırmaq, elektrik sistemlərini idarə etmək və quraşdırma işlərini yerinə yetirmək. Təcili təmir işlərinin icrasını təmin etmək üçün 24/7 rejimində əlçatan olmaq. Binadakı bütün texniki sistemlərin dövri yoxlanışını və texniki xidmətini təmin etmək. Baş vermiş insidentlər və ya potensial fövqəladə vəziyyətlər barədə mağaza əməliyyatları üzrə meneceri dərhal məlumatlandırmaq. Alətlərin, materialların və avadanlıqların təmir və texniki xidmət məqsədilə müxtəlif ünvanlara daşınması üçün şirkətə məxsus avtomobili idarə etmək. Avtomobilin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, mütəmadi servis olunmasını və istifadəyə hazır olmasını təmin etmək. Avtomobildə avadanlıq və materialların düzgün idarə olunmasını, saxlanmasını və daşınmasını təmin edərək zədələnmənin və itkinin qarşısını almaq. Əməyin mühafizəsi və təhlükəsizlik (HSE) prosedurlarından xəbərdar olmaq və bütün təhlükəsizlik tələblərinə əməl etmək.

Procurement Specialist/ Təchizat üzrə mütəxəssis

Tam Ştat

Job Responsibilities: Buy materials/services on behalf of the company and its projects, optimizing costs, observing requested time limits, and quality standards Collaborate in defining project vendor list; Issue requests for offers on the basis of requests for procurement , must contain instructions necessary for deciding on an adequate and complete offer: technical specifications, general buying conditions and details, time limit for presentation of offer; Follow up potential suppliers during preparation phase of tenders and guarantees necessary secrecy during tendering phase; Prepare and conduct negotiations, further checking if detailed technical specifications are guaranteed, also checking whether detailed economical specifications given in the Bidding phase are consistent with those reported in the final contract; Check that supplier accepts the order; Inform unsuccessful vendors on the results of the tender; Follow up any subsequent revisions of the order; Guarantee that feedback is received on supply quality; Check on correct transfer of goods and materials; Issue periodic reports and/or request on progress of activities; Assist with agenda development for pre-bid and pre-award meetings for project procurement; Help coordinate activities with operations and maintenance team members; Solicit and help tabulate commercial evaluations from bids; Prepare purchase orders, deal with subcontracts, and help with sub-consultant agreements; Assist in the execution of electronic bidding records; Management Projects; Driving implementation and compliance of Global Supply Management Strategies and ensuring that common standards, procedures and processes are followed, and best practices are utilize to improve PO life cycle constantly; Perform other related duties as assigned by the Superior. Requirements: Bachelor’s Degree, Minimum of 3-5 years of experience in a purchasing; Good PC knowledge, including MS Office programs Knowledge of regulations and laws (Incoterms); Good communication, coordination, and organization skills; proactive; Ability to work as part of a team; Enthusiastic and hard working; Fluency in Azerbaijani and English languages (both verbal and written Note: Interested candidates may apply for the role by sending resume to the email address in the Apply for job button, mentioning "Procurement Specialist" in theme tab. Pease note that only selected candidates will be contacted regarding next steps of recruitment process. Vəzifə öhdəlikləri: Şirkət və onun layihələri adından mallar / xidmətlər almaq, xərcləri optimallaşdırmaq, tələb olunan müddətə və keyfiyyət standartlarına əməl etmək; Layihə təchizatçılarının siyahısının müəyyən edilməsində iştirak etmək; Tender tələbləri əsasında verilən tender sorğuları, adekvat və tam təklif haqqında qərar qəbul etmək üçün lazım olan təlimatları özündə əks etdirməlidir: texniki şərtlər, ümumi alış şərtləri və detalları, təklifin təqdim edilməsi üçün son tarix; Təklifin hazırlanması mərhələsində potensial təchizatçıları izləmək və tender mərhələsində lazımi məxfiliyi təmin etmək; Danışıqlar hazırlamaq və həyata keçirmək, ətraflı texniki şərtlərə zəmanət verilib -verilmədiyini dəqiqləşdirmək, həmçinin, tender mərhələsində verilən iqtisadi şərtlərin son müqavilədə qeyd olunanlarla uyğun olub - olmadığını yoxlamaq; Təchizatçının sifarişi qəbul edib-etmədiyini yoxlamaq; Uğurlu olmayan təchizatçıları tenderin nəticələriylə bağlı xəbərdar etmək; Sifarişin sonrakı düzəlişlərini izləmək; Təchizatın keyfiyyəti haqqında rəylərin alınmasının təmin etmək; Mal və materialların düzgün çatdırılıb-çatdırılmadığını yoxlamaq; Fəaliyyətin gedişatı ilə bağlı və ya tələb əsasında vaxtaşırı hesabatlar təqdim etmək; Layihə təchizatı üçün tender əvvəli və yekununda görüşlərin təşkili ilə bağlı fəaliyyətin həyata keçirilməsi; Fəaliyyətlərin əməliyyat və texniki xidmət heyətinin üzvləri ilə əlaqələndirilməsinə kömək etmək; Təklifə əsaslanan iş qiymətləndirmələrini cədvələ köçürülməsini tələb etmək və bu prosesə kömək etmək; Satınalma sifarişlərini hazırlamaq, subpodratçılarla işləmək və müqavilələrin hazırlanmasına dəstək olmaq; Elektronik tender qeydlərinin icra edilməsində köməklik göstərmək; Qlobal Təchizatın İdarə Edilməsi Strategiyalarının tətbiqinə və uyğunluğuna təkan vermək və ümumi standartların, prosedurların və proseslərin izlənilməsini və Satınalma Tapşırığı yararlılıq müddətinin davamlı olaraq yaxşılaşdırılması üçün ən yaxşı təcrübələrdən istifadə olunmasını təmin etmək; Rəhbər tərəfindən verilən digər əlaqədar vəzifələri yerinə yetirmək.

MRP üzrə kiçik mütəxəssis/ Junior ERP Specialist

Tam Ştat

Vəzifə öhdəlikləri: ERP sistemində gündəlik əməliyyatların icrasına dəstək vermək. İstifadəçilərdən gələn sorğuları analiz edib həllində iştirak etmək. Biznes prosesləri anlamaq və sistemdə düzgün tətbiq olunmasına kömək etmək. Məlumatların düzgünlüyünü yoxlamaq və analizlər aparma.q SQL sorğularından istifadə edərək məlumatların çıxarılması və yoxlanılması. ERP sistemi ilə bağlı problemləri araşdırmaq və həll yolları təklif etmək. Yeni funksionallıqların testində iştirak etmək. Vəzifə Tələbləri: İnformasiya Texnologiyaları, Biznes İdarəçiliyi, Maliyyə və ya əlaqəli sahə üzrə ali təhsil. Tələb olunan sahədə 1 il iş təcrübəsi. ERP sistemləri haqqında əsas biliklər. SQL ilə işləmək üzrə biliklər. MS Excel proqramında işləmə bacarığı (formullar, pivot table və s.) Analitik düşünmə və problem həll etmə bacarığı. Komandada işləmə və effektiv ünsiyyət bacarıqları. İngilis dili orta səviyyədə (texniki sənədləri oxuya bilmək) ,Rus dili üstünlükdür. Öyrənməyə açıq və məsuliyyətli yanaşma. Vakansiya üzrə müraciətlər göstərilən elektron poçt ünvanına mövzu bölməsində “MRP üzrə kiçik mütəxəssis” qeyd etməklə edə bilərlər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır Job Responsibilities: Support the execution of daily operations in the ERP system. Analyze user requests and participate in resolving them. Understand business processes and assist in their correct implementation in the system. Verify the accuracy of data and perform analyses. Extract and validate data using SQL queries. Investigate ERP system-related issues and propose solutions. Participate in testing new functionalities. Job Requirements: Higher education in Information Technology, Business Management, Finance, or a related field. 1 year of work experience in the relevant field. Basic knowledge of ERP systems. Knowledge of working with SQL. Proficiency in MS Excel (formulas, pivot tables, etc.). Analytical thinking and problem-solving skills. Ability to work in a team and communicate effectively. Intermediate English (ability to read technical documents); Russian is a plus. Willingness to learn and a responsible approach. Interested candidates may apply for the role by sending resume to the e-mail address in the Apply for job button, mentioning"Junior ERP Specialist" in theme tab. Please note that only selected candidates will be contacted regarding next steps of recruitment process.