Ana Səhifə
Vakansiyalar
İnsan Resursları (HR)
Təlim və İnkişaf

Təlim və inkişaf üzrə aparıcı mütəxəssis

Təlim və inkişaf üzrə aparıcı mütəxəssis

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 14 may 2026

Son Tarix: 17 may 2026

Təsvir

  • Şirkətin strateji məqsədlərinə uyğun təlim və inkişaf proqramlarını hazırlamaq və həyata keçirmək

  • Əməkdaşların inkişaf ehtiyaclarını müəyyən etmək üçün Təlim Ehtiyaclarının Analizini (Training Needs Analysis – TNA) aparmaq

  • Daxili və xarici təlim proqramlarını planlaşdırmaq, təşkil etmək və koordinasiya etmək

  • Təlim materialları, təqdimatlar və inkişaf proqramlarının kontentini hazırlamaq

  • Yeni əməkdaşlar üçün adaptasiya və oriyentasiya proqramlarını təşkil etmək və inkişaf etdirmək

  • Liderlik, peşəkar bacarıqlar və korporativ kompetensiyalar üzrə inkişaf proqramları hazırlamaq

  • Təlimlərin effektivliyini qiymətləndirmək və təlim nəticələri üzrə hesabatlar hazırlamaq

  • Menecerlərlə əməkdaşlıq edərək əməkdaşlar üçün fərdi inkişaf planlarının (IDP) hazırlanmasına dəstək vermək

  • Şirkətdə rəqəmsal təlim həllərinin (Digital Learning Solutions) tətbiqində iştirak etmək

  • LMS (Learning Management System) və digər e-learning platformalarının idarə olunmasına dəstək vermək

  • Onlayn təlimlər, mikro-öyrənmə (microlearning), video və interaktiv təlim kontenti hazırlamaq və inkişaf etdirmək

  • Hybrid və onlayn təlim proqramlarını təşkil etmək və koordinasiya etmək

  • Rəqəmsal öyrənmə trendlərini araşdırmaq və şirkət daxilində tətbiq etmək

Tələblər

  • İnsan resursları, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil

  • Təlim və inkişaf sahəsində minimum 3–5 il iş təcrübəsi

  • Təlim ehtiyaclarının analizi (Training Needs Analysis) və təlim proqramlarının hazırlanması üzrə praktiki təcrübə

  • Təqdimat və fasilitasiya bacarıqları

  • Analitik düşünmə və planlaşdırma bacarığı

  • Azərbaycan və İngilis dillərində yaxşı səviyyədə ünsiyyət bacarığı

  • MS Office proqramları ilə işləmə bacarığı

Üstünlük veriləcək

  • LMS (Learning Management System) və e-learning platformaları ilə iş təcrübəsinə

  • Digital learning kontentinin hazırlanması üzrə təcrübəyə (Articulate, iSpring və s.)

  • Təlim və inkişaf sahəsində beynəlxalq sertifikatların olmasına

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16418

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Dizayn menecer

Tam Ştat

Layihələrin ilkin mərhələlərində detallı araştırma etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək, Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək, Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək, Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək, İlkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək, Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəfləri idarə etmək, Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq, Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək; Tamamlanmış layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək; İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək; Layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək; Layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək; Şöbənin Memarlarının (Memar köməkçi, Memar, Aparıcı Memar, Baş Memar) vəzifilərini təyin etmək, koordinasiyanı təmin etmək və idarə etmək. Ehtiyac olduğu halda Layihələrə təhkim olunan memarlar ilə koordinasiyanı təmin etmək; Şöbə daxili Fənn üzrə rəhbərlər və Baş mühəndislər ilə birgə işləmək və fənlər arası koordinasiyanı təmin etmək; Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Texniki nəzarət üzrə baş mühəndis

Tam Ştat

1) Sifarişçi tərəfindən texniki nəzarətin tətbiq edilməsi: Söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa layihələrində sahə baxışlarının təşkili, monitorinq hesabatlarının hazırlanması və təqdim edilməsi Baş podratçı/podratçı icrasının norma və qaydalara (AzDTN), müqavilə və Sifarişçi tələblərinə uyğunluğunun yoxlanılması Risk əsaslı monitorinq planlarının hazırlanması, nəticələrin sənədləşdirilməsi, prioritetləşdirilməsi və rəhbərliyə təqdim olunması Gecikmə, əlavə xərc və keyfiyyət risklərinin erkən müəyyən edilməsi, düzəliş və bərpa (recovery) planlarının tələb edilməsi Uyğunsuzluqlar üzrə düzəldici/önləyici tədbirlərin izlənməsi və bağlanma prosesinə nəzarət Kritik uyğunsuzluqlar zamanı işlərin dayandırılması və ya məhdudlaşdırılması barədə rəy/tələb irəli sürülməsi 2) Layihə sənədlərinin nəzərdən keçirilməsi: Konsept, eskiz, işçi layihə və dəyişikliklərin yalnız normativ uyğunluq baxımından deyil, həmçinin icra mümkünlüyünün (constructibility), texniki risklər, mərhələləşmə və resurs təminatı baxımından kompleks təhlil edilməsi. Layihə dəyişikliklərinin qrafik və büdcə təsirlərinin qiymətləndirilməsi Uzunmüddətli sifariş tələb edən material və avadanlıqların (long-lead items) icra planına və risk profilinə təsirinin qiymətləndirilməsi. Dəyər Mühəndisliyi (Value Engineering) və optimallaşdırma imkanlarının müəyyən edilməsi və icra perspektivindən əsaslandırılmış təkliflərin verilməsi. 3) Tikinti prosesinə nəzarət: Tikinti-quraşdırma işlərinin yalnız operativ nəzarəti deyil, icra performansının strukturlaşdırılmış şəkildə idarə olunması və Sifarişçi adından mərkəzləşdirilmiş icra nəzarət mexanizminin tətbiqi. Sahə səfərləri/monitorinqlər, Kritik iş mərhələləri (məsələn, beton tökülmə, MEP inteqrasiyası, fasad montajı və s.) öncəsi icra hazırlıq yoxlamalarının (pre-activity checks) təşkil edilməsi. Uyğunsuzluqların qeydə alınmasından sonra bağlanmasına qədər izlənilməsi 4) Müqavilə və maliyyə sənədlərinin texniki baxışı BOQ və ölçmələrin faktiki icra ilə uyğunluğunun yoxlanılması Ödəniş sertifikatlarının icra və müqavilə uyğunluğunun qiymətləndirilməsi Variations/əlavə işlər və claims üzrə texniki əsaslandırmanın təhlili, Sifarişçi mövqeyinin formalaşdırılmasına dəstək 5) Podratçı və subpodratçıların texniki qiymətləndirilməsi Texniki imkanların və icra qabiliyyətinin layihə miqyasına uyğunluğunun qiymətləndirilməsi Texniki uyğunsuzluqlar üzrə rəsmi bildirişlərin hazırlanması və bağlanmasına qədər izlənilməsi Aşağı performans hallarında düzəliş tədbirlərinin və zərurət olduqda heyət dəyişikliklərinin tələb edilməsi 6) Dövlət qurumları və üçüncü tərəflərlə koordinasiya Müvafiq dövlət qurumları, kommunal xidmətlər və ekspertiza orqanları ilə texniki məsələlər üzrə proseslərin mütəmadi izlənilməsi. İstismara qəbul prosesinin strukturlaşdırılmış şəkildə nəzarəti Tənzimləyici risklərin qrafikə təsirinin qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin müəyyən edilməsi 7) Hesabatlılıq və idarəçilik dəstəyi Həftəlik və aylıq texniki hesabatların hazırlanması Tikinti icra sənədlərinin (aktlar, jurnallar, icra cizgiləri və.s) və texniki sənəd arxivləşməsinin yoxlanılması.