Ana Səhifə
Vakansiyalar

Texniki nəzarət üzrə baş mühəndis

Texniki nəzarət üzrə baş mühəndis

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 may 2026

Son Tarix: 17 may 2026

Təsvir

1) Sifarişçi tərəfindən texniki nəzarətin tətbiq edilməsi:

  • Söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa layihələrində sahə baxışlarının təşkili, monitorinq hesabatlarının hazırlanması və təqdim edilməsi

  • Baş podratçı/podratçı icrasının norma və qaydalara (AzDTN), müqavilə və Sifarişçi tələblərinə uyğunluğunun yoxlanılması

  • Risk əsaslı monitorinq planlarının hazırlanması, nəticələrin sənədləşdirilməsi, prioritetləşdirilməsi və rəhbərliyə təqdim olunması

  • Gecikmə, əlavə xərc və keyfiyyət risklərinin erkən müəyyən edilməsi, düzəliş və bərpa (recovery) planlarının tələb edilməsi

  • Uyğunsuzluqlar üzrə düzəldici/önləyici tədbirlərin izlənməsi və bağlanma prosesinə nəzarət

  • Kritik uyğunsuzluqlar zamanı işlərin dayandırılması və ya məhdudlaşdırılması barədə rəy/tələb irəli sürülməsi

2) Layihə sənədlərinin nəzərdən keçirilməsi:

  • Konsept, eskiz, işçi layihə və dəyişikliklərin yalnız normativ uyğunluq baxımından deyil, həmçinin icra mümkünlüyünün (constructibility), texniki risklər, mərhələləşmə və resurs təminatı baxımından kompleks təhlil edilməsi.

  • Layihə dəyişikliklərinin qrafik və büdcə təsirlərinin qiymətləndirilməsi

  • Uzunmüddətli sifariş tələb edən material və avadanlıqların (long-lead items) icra planına və risk profilinə təsirinin qiymətləndirilməsi.

  • Dəyər Mühəndisliyi (Value Engineering) və optimallaşdırma imkanlarının müəyyən edilməsi və icra perspektivindən əsaslandırılmış təkliflərin verilməsi.

3) Tikinti prosesinə nəzarət:

  • Tikinti-quraşdırma işlərinin yalnız operativ nəzarəti deyil, icra performansının strukturlaşdırılmış şəkildə idarə olunması və Sifarişçi adından mərkəzləşdirilmiş icra nəzarət mexanizminin tətbiqi.

  • Sahə səfərləri/monitorinqlər, Kritik iş mərhələləri (məsələn, beton tökülmə, MEP inteqrasiyası, fasad montajı və s.) öncəsi icra hazırlıq yoxlamalarının (pre-activity checks) təşkil edilməsi.

  • Uyğunsuzluqların qeydə alınmasından sonra bağlanmasına qədər izlənilməsi

4) Müqavilə və maliyyə sənədlərinin texniki baxışı

  • BOQ və ölçmələrin faktiki icra ilə uyğunluğunun yoxlanılması

  • Ödəniş sertifikatlarının icra və müqavilə uyğunluğunun qiymətləndirilməsi

  • Variations/əlavə işlər və claims üzrə texniki əsaslandırmanın təhlili, Sifarişçi mövqeyinin formalaşdırılmasına dəstək

5) Podratçı və subpodratçıların texniki qiymətləndirilməsi

  • Texniki imkanların və icra qabiliyyətinin layihə miqyasına uyğunluğunun qiymətləndirilməsi

  • Texniki uyğunsuzluqlar üzrə rəsmi bildirişlərin hazırlanması və bağlanmasına qədər izlənilməsi

  • Aşağı performans hallarında düzəliş tədbirlərinin və zərurət olduqda heyət dəyişikliklərinin tələb edilməsi

6) Dövlət qurumları və üçüncü tərəflərlə koordinasiya

  • Müvafiq dövlət qurumları, kommunal xidmətlər və ekspertiza orqanları ilə texniki məsələlər üzrə proseslərin mütəmadi izlənilməsi.

  • İstismara qəbul prosesinin strukturlaşdırılmış şəkildə nəzarəti

  • Tənzimləyici risklərin qrafikə təsirinin qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin müəyyən edilməsi

7) Hesabatlılıq və idarəçilik dəstəyi

  • Həftəlik və aylıq texniki hesabatların hazırlanması

  • Tikinti icra sənədlərinin (aktlar, jurnallar, icra cizgiləri və.s) və texniki sənəd arxivləşməsinin yoxlanılması.

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Daşınmaz əmlak və tikinti sahəsində normativ-hüquqi biliklər (AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi) və beynəlxalq tikinti standartlarını araşdırma bacarığı.

  • Layihə, Müqavilə və BOQ sənədlərinin birgə texniki təhlili bacarığı.

  • AutoCAD, MS Office bilikləri (qabaqcıl Excel biliyi).

  • Tikinti metodologiyası, mərhələləşmə və icra risklərinin idarə olunması üzrə güclü bilik.

  • Müqavilə və texniki sənədlərlə işləmə bacarığı.

  • Güclü ünsiyyət, analitik və hesabat hazırlama bacarığı.

  • Texniki analiz və risk qiymətləndirmə bacarığı.

Təhsil və iş təcrübəsi:

  • Mühəndislik və ya Tikinti İdarəetmə sahəsində Ali təhsil (İnşaat mühəndisliyi və s.) olmalı.

  • Tikinti və daşınmaz əmlak inkişaf layihələrində minimum 10 il ümumi peşəkar təcrübə olmalı.

  • Böyük miqyaslı və yüksək büdcəli layihələrdə icra idarəçiliyi təcrübəsi olmalı.

  • Bir çox layihə funksiyalarında (planlaşdırma, xərclərə nəzarət, texniki ofis, tender, müqavilələr) təcrübəyə üstünlük verilir.

  • Sifarişçi/İnvestor tərəfində iş təcrübəsinə üstünlük verilir.

  • Çox layihəli komandalarda iş təcrübəsinə üstünlük verilir.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15907

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya