Dizayn menecer
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 17 may 2026
Təsvir
Layihələrin ilkin mərhələlərində detallı araştırma etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək,
Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək,
Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,
İlkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək,
Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəfləri idarə etmək,
Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq,
Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
Tamamlanmış layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək;
İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
Layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
Layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək;
Şöbənin Memarlarının (Memar köməkçi, Memar, Aparıcı Memar, Baş Memar) vəzifilərini təyin etmək, koordinasiyanı təmin etmək və idarə etmək. Ehtiyac olduğu halda Layihələrə təhkim olunan memarlar ilə koordinasiyanı təmin etmək;
Şöbə daxili Fənn üzrə rəhbərlər və Baş mühəndislər ilə birgə işləmək və fənlər arası koordinasiyanı təmin etmək;
Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
Ali təhsil : Memarlıq ixtisası üzrə;
İş təcrübəsi : Müvafiq sahə üzrə azı 7 il (tikinti və ofis);
Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, SNİP, BS, EN, ASHRAE, SMACNA, NFPA, BIM;
Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
Kompüter bilikləri: MS Office, AutoCAD, Revit;
Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.
Necə Müraciət Etmək Olar
PMD Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16417
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer