Ana Səhifə
Vakansiyalar

Tədarük Planlama üzrə mütəxəssis

Tədarük Planlama üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 mart 2026

Son Tarix: 4 aprel 2026

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Günlük anbar qalıqlarını nəzarətdə saxlamaq;

  • Satış və bazar araşdırmasından gələn təxmin plan çərçivəsində həftəlik, aylıq və ya illik olmaqla istehsal planını, buna uyğun olaraq da məhsulun planlamasını hazırlamaq;

  • Planlanan məhsulun zamanında istehsala daxil olması üçün səy göstərmək;

  • Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə istehsalatda istifadəsini  təmin etmək;

  • Planlamaya daxil olan təxmini sifarişlərə görə hazırlanmış istehsal planına əsasən daxili və xarici bazardan satınalma yolu ilə alınacaq xamalları müəyyən etmək və bağlı olduğu rəhbərlə razılaşdırdıqdan sonra satınalma tələbi açılması;

  • Açılan satınalma tələblərinin zamanında tədarük olunması üçün tələblərin izlənilməsi;

  • ERP proqramında istehsal əmrlərinin açılması;

  • İstehsal olunmuş məhsulun stokunu təqib etmək və stokda əksilən məhsulların istehsal planını vermək;

  • Kənardan alınan məhsulların müddətinə və istehsal həcminə görə stoku formalaşdırmaq, istehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalının həyata keçirilməsini təmin etmək;

  • Xüsusi kampaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərinə təqdim etmək.

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Yaxşı səviyyədə Excel bilikləri;

  • Yüksək ünsiyyət və komanda ilə işləmə bacarığı;

  • Dəqiqlik və detallara diqqət;

  • Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;

  • Analitik düşünmə və problem həll etmə bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təchicazt, biznesin idarə edilməsi, iqtisadiyyat  sahəsində bakalavr və ya magistr təhsili

  • CIPS sertifikatı üstünlükdür

  • Təcrübə: Minimum 1 il (Planlama üzrə);

  • Təhsil: Ali (Sənaye mühəndisliyi, İqtisadiyyat, İdarəetmə sahələri üzrə minimum bakalavr dərəcəsi).

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 09:00-18:00;

  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;

  • Peşəkar komanda mühiti;

  • Nahar;

  • Şirkət hesabına korporativ nömrə;

  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Tədarük Planlama üzrə mütəxəssis” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10398

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya