Database Administratoru
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 20 fevral 2026
Son Tarix: 20 mart 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Tələb olunan verilənlər arxitekturasının başa düşülməsi və müəyyənləşdirilməsi;
Biznes mühitinə uyğun şəkildə verilənlər bazası strukturunun tərtib olunması;
Avtomatlaşdırılmış həllərin tərtib olunması və inkişaf etdirilməsi (prosedurlar, triqqerlər, skalyar funksiyalar və s.);
Digər bölmələrdən gələn tələblərin müəyyən olunması və ETL proseslərinin qurulması üçün digər komandalarla iş birliyi;
Performansın tənzimlənməsi, təhlükəsizliyin idarə edilməsi, ETL prosesi;
Ad-hoc hesabatların yazılması, verilənlərin çıxarılması;
Developer komandasına T-SQL sorğuların yazılması və optimallaşdırılmasında dəstək göstərilməsi;
Development, QA və Production mühitini izləmək üçün günlük tapşırıqların yerinə yetirilməsi;
ETL paketlərin tərtib olunması, saxlanılması və köçürülməsi;
Performans problemi baş verdikdə server konfiqurasiyasında və ya indeks/sorğu üzərindəki dəyişikliklər də daxil olmaqla performansın artırılması üçün ən optimal həllin seçilməsi;
Xərclərin azaldılması məqsədilə optimallaşdırma işlərininn görülməsi;
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Verilənlər bazası obyektlərinin yaradılması üzrə biliklər;
Verilənlər bazalarının ehtiyat nüsxələrinin çıxarılması və davamlılığının yoxlanılması üzrə biliklər;
Kodun yazılması zamanı SQL injection kimi təhlükəsizlik problemlərinin nəzərdə saxlanılması üzrə biliklər;
Verilənlər bazasının miqrasiyası və verilənlərin replikasiyası üzrə iş təcrübəsi;
SQL Server Integration Services (SSIS), SQL Server Analysis Services (SSAS), SQL Server Reporting Services(SSRS) üzrə biliklər;
Server level, Database level, T-SQL query level performance tuning-in edilməsi;
Verilənlər bazası sistemlərinin monitorinqi və optimallaşdırılması;
Real çalışdırılan sistemlərə uyğun olaraq test mühitinin təmin olunması;
Texniki səviyyədə ingilis dili bilikləri.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Təchizat,biznesin idarə edilməsi, iqtisadiyyat sahəsində bakalavr və ya magistr təhsili
CIPS sertifikatı üstünlükdür
Təcrübə: 3 ildən artıq (MS SQL 2014/2016/2017/2019 üzrə);
Təhsil: Ali
Dil biliyi: Texniki səviyyədə ingilis dili bilikləri.
İş şərtlərimiz:
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Nahar;
Şirkət hesabına korporativ nömrə;
Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Database Administratoru” yazaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Avrora
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9387
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə