İctimaiyyətlə Əlaqələr üzrə Aparıcı Mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 mart 2026
Son Tarix: 4 aprel 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Şirkətin kommunikasiya strategiyasının hazırlanmasında iştirak etmək və təsdiqlənmiş plan üzrə icranı təmin etmək;
Media əlaqələrini qurmaq və davamlı idarə etmək;
Press-reliz və rəsmi PR məzmunların hazırlanması;
Sosial məsuliyyət layihələrinin hazırlanması və icrasında iştirak etmək;
Daxili kommunikasiya tədbirlərinin hazırlanması və icrasında iştirak etmək;
Partnyorlar və dövlət qurumları ilə kommunikasiya proseslərinin koordinasiyasında iştirak;
Brendin ictimai imicini gücləndirmək üçün xüsusi PR kampaniyaları təklif və icra etmək;
PR büdcəsinin effektiv istifadəsini təmin etmək və xərclərə nəzarət etmək;
Qrupa daxil olan şirkətlər üçün tədbirlərin təşkilində iştirak.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
PR alətləri və texnologiyaları üzrə bilik;
Media ilə işləmə və press-reliz hazırlama bacarığı;
Tədbirlərin təşkili üzrə təcrübə;
KSM və daxili kommunikasiya aktivliklərinin təşkili üzrə bilik və bacarıqlar;
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Kreativ düşüncə və təşəbbüskarlıq;
Media monitorinq və hesabatların hazırlanması.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Təcrübə: Minimum 3 il (PR və ya korporativ kommunikasiya sahəsi üzrə);
Təhsil: Ali (Jurnalistika, Marketinq sahələri üzrə minimum bakalavr dərəcəsi);
Dil bilikləri: Rus və ya ingilis dili (arzuolunan).
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Nahar;
Şirkət hesabına korporativ nömrə;
Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İctimaiyyətlə Əlaqələr üzrə Aparıcı Mütəxəssis” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Avrora
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10397
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə