Ana Səhifə
Vakansiyalar
Kənd Təsərrüfatı
Aqronom

Təcrübəçi aqronomlar (Zirə/Sumqayıt İK kompleksi)

Təcrübəçi aqronomlar (Zirə/Sumqayıt İK kompleksi)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 1 iyun 2026

Təsvir

Müasir texnologiyalarla təchiz olunmuş istixanalarımıza (Zirə və Sumqayıt) aqronomiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən Təcrübəçi Aqronomlar dəvət olunur. Namizədlər istixana şəraitində pomidor bitkisinin əkini, becərilməsi, suvarma və gübrələmə sistemlərinin tətbiqi, bitki mühafizəsi tədbirləri və məhsuldarlığın artırılması proseslərində iştirak edəcək. Təcrübə müddətində peşəkar aqronomların rəhbərliyi altında praktiki biliklər əldə etmək və real istehsalat mühitində iş təcrübəsi qazanmaq imkanı yaradılır.

Bu vəzifə aqrar sahədə karyera qurmaq və istixana təsərrüfatı üzrə ixtisaslaşmaq istəyən namizədlər üçün nəzərdə tutulmuşdur. Təcrübə proqramını uğurla tamamlayan və imtahan, praktika nəticələri yüksək olan gənclər daimi iş yeri ilə təmin edilir.

Bacarıqlar

  • İşgüzarlıq;

  • Komandada işləmək bacarığı

  • MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint) sərbəst istifadə bacarığı

Təminatlar

  • Əmək haqqı müsahibə əsasında təyin olunur.

  • Nəqliyyat və nahar təmin edilir.

Vakansiyaya uyğun namizədlər CV-lərini Təcrübəçi Aqronom (Zirə/Sumqayıt)*”** başlığı ilə  qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17773

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Kiçik aqronom (Zirə)

Tam Ştat

Aşağıdakı şərtlər üzrə “Kiçik aqronom”(Zirə) tələb olunur. İş şəraiti İş yeri: Bakı, Zirə kəndi, İstixana Kompleksi İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla Əmək haqqı: 1000 azn Vəzifə öhdəlikləri Xidmət etdiyi sahədə aqrotexniki və hər bir bitki üzrə texnoloji qaydaları həyata keçirir, və az əmək vəsait sərfi ilə keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının təminində iştirak edir; Üzvi və mineral gübrələr, herbisidlərdən düzgün istifadəni Aqronomun nəzarəti altında təmin edir; Sort toxum əkinlərinə və çoxillik əkmə sahələrində bitkilərin düzgün aqrotexniki qaydada becərilməsində iştirak edir; Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanması və həyata keçirilməsi prossesində iştirak edir; Bitkiçilik sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə əməl edir; Aqronomiyaya aid bütün sənədlərin tərtib olunmasını və hesabatların verilməsini Aqronomun tapşırığına əsasən ica edir; Təhsil və iş təcrübəsi Ali təhsil (Aqronomluq, Biologiya, Kimya, Torpaqşünaslıq); Minimum 6 ay Kiçik aqronom vəzifəsi üzrə təcrübə. Bacarıq və səriştələr Office proqramları (word,excel orta səviyyəli user) İstixana avadanlıqları ilə işləmə bacarığı; Komandada işləmək bacarığı; Məsuliyyətlilik, öyrənməyə həvəsli; Təminatlar: Nəqliyyat və nahar ilə təmin edilir. Bilməlidir Əkin üçün düzgün torpaq sahələrinin seçmək bacarığı; Bitkilərin eroziyadan müdafiəsi və ekoloji mühitini qorumaq bacarığı; Suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə məlumat olmaq; Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat  sanitariyasının,  mülki  müdafiənin  norma  və  qaydalarını, qəza halları zamanı fəaliyyətlərini. Zəhmət olmasa CV-lərinizi qeyd olunan elektron poçt göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Kiçik aqronom (Zirə)” qeyd etməyi unutmayın.

Aqronom

Tam Ştat

Zirə İstixana kompleksinə təcrübəli Aqronom tələb olunur Vəzifə öhdəlikləri Priva sistemi ilə işləmək; İstixanada iş bölgüsünün həyata keçirilməsi; İstxana daxilində bitkilərdə yaranmış hər hansı bir xəstəlik və zərərvericilərin əlamətlərini vaxtında aşkar edilməsi; Gübrə və dərmanların hazırlanması və tədbiqi planını proqrama uyğun şəkildə həyata keçirilməsi; Texniki zonadakı sulama, iqlimləndirmə sistemlərinin düzgün işləməsinə nəzarət edilməsi; Sahələrdə əkinə hazırlıq, əkin, budama, məhsul yığımı kimi mövsümi işlərin icrasına nəzarət və hesabatının təmin edilməsi; Aqronomluq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili normalarının yerinə yetirilməsi; Təhsil və iş təcrübəsi Sahə üzrə ali təhsil Müasir istixanada 5  il iş təcrübəsi Priva sistemində işləmə təcrübəsi Bacarıq və səriştələr İdarəçilik və təşkilatçılıq qabiliyyətinə malik olmaq; Liderlik, qərar qəbul etmə bacarığı; Çevik, keyfiyyətə və nəticəyə yönəlmə bacarığı; Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli; Dinamiklik və stressə davamlı. Təminatlar: Nahar və nəqliyyat təmin edilir. İş şəraiti İş yeri: Bakı, Zirə kəndi, İstixana Kompleksi İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla Əmək haqqı: Əmək haqqı yüksəkdir**.** Müsahibə əsasında müəyyən olunacaq. Bilməlidir Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər; Əkin sahəsi üçün torpağın məhsuldarlıq normasını müəyyən etmək; Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı məlumatlar; Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat  sanitariyasının,  mülki  müdafiənin  norma  və  qaydalarını, qəza halları zamanı fəaliyyətlərini. Zəhmət olmasa CV-lərinizi qeyd olunan elektron poçt ünvanına göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Aqronom (Zirə)” qeyd etməyi unutmayın.