Kiçik aqronom (Zirə)
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 26 may 2026
Son Tarix: 1 iyun 2026
Təsvir
Aşağıdakı şərtlər üzrə “Kiçik aqronom”(Zirə) tələb olunur.
İş şəraiti
İş yeri: Bakı, Zirə kəndi, İstixana Kompleksi
İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla
Əmək haqqı: 1000 azn
Vəzifə öhdəlikləri
Xidmət etdiyi sahədə aqrotexniki və hər bir bitki üzrə texnoloji qaydaları həyata keçirir, və az əmək vəsait sərfi ilə keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının təminində iştirak edir;
Üzvi və mineral gübrələr, herbisidlərdən düzgün istifadəni Aqronomun nəzarəti altında təmin edir;
Sort toxum əkinlərinə və çoxillik əkmə sahələrində bitkilərin düzgün aqrotexniki qaydada becərilməsində iştirak edir;
Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanması və həyata keçirilməsi prossesində iştirak edir;
Bitkiçilik sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə əməl edir;
Aqronomiyaya aid bütün sənədlərin tərtib olunmasını və hesabatların verilməsini Aqronomun tapşırığına əsasən ica edir;
Təhsil və iş təcrübəsi
Ali təhsil (Aqronomluq, Biologiya, Kimya, Torpaqşünaslıq);
Minimum 6 ay Kiçik aqronom vəzifəsi üzrə təcrübə.
Bacarıq və səriştələr
Office proqramları (word,excel orta səviyyəli user)
İstixana avadanlıqları ilə işləmə bacarığı;
Komandada işləmək bacarığı;
Məsuliyyətlilik, öyrənməyə həvəsli;
Təminatlar:
Nəqliyyat və nahar ilə təmin edilir.
Bilməlidir
Əkin üçün düzgün torpaq sahələrinin seçmək bacarığı;
Bitkilərin eroziyadan müdafiəsi və ekoloji mühitini qorumaq bacarığı;
Suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə məlumat olmaq;
Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.
Zəhmət olmasa CV-lərinizi qeyd olunan elektron poçt göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Kiçik aqronom (Zirə)” qeyd etməyi unutmayın.
Necə Müraciət Etmək Olar
Buta Agro
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17772
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə