Vakansiyanın müddəti başa çatıb

Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.

Təchizat üzrə mütəxəssis (Polad Boru Zavodu)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 yanvar 2026

Son Tarix: 8 fevral 2026

Təsvir

**İş yeri:**Sumqayıt Sənaye Parkı
Vəzifə öhdəlikləri:

  • Daxil olan sifarişlərin qəbulu, təhlili, təsdiqlənməsi və icrasının təmin edilməsi;

  • Təchizatçılarla mütəmadi əlaqə saxlanılması və şərtlərin razılaşdırılması;

  • Bazar araşdırmasının aparılması və qiymət müqayisələrinin hazırlanması;

  • Təchizat və satınalma ilə bağlı müqavilə şərtlərinin müəyyən edilməsi, - hazırlanması və icrasına nəzarət;

  • Malların vaxtında çatdırılmasına, təhvil alınmasına və sənədlər əsasında qəbuluna nəzarət;

  • Dövlət satınalmaları haqqında qanunvericiləyə əsasən satınalma proseslərinin icrası;

  • Sənədləşmə və təchizat proseslərinin düzgün və vaxtında aparılması.

Tələblər

  • Ali təhsil (iqtisadiyyat və ya uyğun sahə üzrə);

  • Təchizat və satınalma sahəsində 1–3 il iş təcrübəsi;

  • Kompüter bilikləri: MS Office, Logo proqramı;

  • Dil bilikləri: İngilis, rus və türk dilləri;

  • Dövlət satınalmaları üzrə biliklər;

  • Analitik düşünmə və operativ qərarvermə bacarığı;

  • Komanda ilə işləmək bacarığı;

  • Satıcılarla effektiv ünsiyyət və qiymət danışıqları aparmaq bacarığı.

İş barədə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi

  • İş saatları: 09:00 – 18:00

  • Servis xidməti

  • Nahar təminatı

  • Korporativ mobil nömrə

Tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Azertexnolayn

Azertexnolayn

Manufacturing

Azertexnolayn MMC Azərbaycanda fəaliyyət göstərən sənaye və texniki avadanlıqların satışı və xidmətləri üzrə ixtisaslaşmış şirkətdir. Şirkət müxtəlif sahələr üçün (istehsal, tikinti, energetika və texniki xidmət istiqamətləri) müasir texnoloji həllər və avadanlıqlar təqdim edərək yerli bazarda etibarlı tərəfdaş kimi tanınır. Azertexnolayn fəaliyyətində keyfiyyətli məhsul seçimi, peşəkar texniki dəstək və uzunmüddətli əməkdaşlıq prinsiplərini əsas tutur. Şirkət beynəlxalq istehsalçılarla əməkdaşlıq edərək müştərilərə həm avadanlıq təchizatı, həm də satışdan sonrakı texniki xidmətlər göstərir və sənaye müəssisələrinin səmərəliliyinin artırılmasına töhfə verməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4175

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

İstehsalın optimallaşdırılması üzrə mühəndis

Tam Ştat

Struktur: Optimallaşdırma və Rəqəmsal Transformasiya Departamenti / İstehsalın Optimallaşdırılması şöbəsi Vakansiya: İstehsalın optimallaşdırılması üzrə mühəndis Əsas vəzifə öhdəlikləri: İstehsal proseslərinin təhlili və optimallaşdırılması Proseslərin xəritələndirilməsi (Process Map, VSM) Darboğazların, itkilərin və səmərəsiz əməliyyatların müəyyən edilməsi Optimallaşdırma üzrə təkliflərin hazırlanması və icrasına nəzarət Mövcud SOP-ların təhlili və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi SOP-ların istehsalatda tətbiqinə nəzarət KPI-ların müəyyən edilməsi və performans göstəricilərinin analizi Günlük, həftəlik və aylıq istehsal göstəricilərinin təhlili Dayanma səbəblərinin analiz edilməsi və hesabatların hazırlanması Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi Şəxsi və peşəkar bacarıqlar: Ali təhsil (mühəndislik) İstehsalat və ya proses optimallaşdırılması sahəsində iş təcrübəsi üstünlükdür MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı Analitik düşünmə və problem həll etmə bacarığı İngilis dili – yüksək səviyyədə (mütləq tələbdir) Komanda ilə işləmə və kommunikasiya bacarığı İş şərtləri: İş rejimi:  5 gün 09:00 – 18:00 İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir. Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "İstehsalın optimallaşdırılması üzrə mühəndis" başlığı altında göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.