Ana Səhifə
Vakansiyalar

İstehsalın optimallaşdırılması üzrə mühəndis

İstehsalın optimallaşdırılması üzrə mühəndis

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 8 may 2026

Təsvir

Struktur: Optimallaşdırma və Rəqəmsal Transformasiya Departamenti / İstehsalın Optimallaşdırılması şöbəsi Vakansiya: İstehsalın optimallaşdırılması üzrə mühəndis

Əsas vəzifə öhdəlikləri:

  • İstehsal proseslərinin təhlili və optimallaşdırılması

  • Proseslərin xəritələndirilməsi (Process Map, VSM)

  • Darboğazların, itkilərin və səmərəsiz əməliyyatların müəyyən edilməsi

  • Optimallaşdırma üzrə təkliflərin hazırlanması və icrasına nəzarət

  • Mövcud SOP-ların təhlili və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi

  • SOP-ların istehsalatda tətbiqinə nəzarət

  • KPI-ların müəyyən edilməsi və performans göstəricilərinin analizi

  • Günlük, həftəlik və aylıq istehsal göstəricilərinin təhlili

  • Dayanma səbəblərinin analiz edilməsi və hesabatların hazırlanması

  • Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi

Şəxsi və peşəkar bacarıqlar:

  • Ali təhsil (mühəndislik)

  • İstehsalat və ya proses optimallaşdırılması sahəsində iş təcrübəsi üstünlükdür

  • MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı

  • Analitik düşünmə və problem həll etmə bacarığı

  • İngilis dili – yüksək səviyyədə (mütləq tələbdir)

  • Komanda ilə işləmə və kommunikasiya bacarığı

İş şərtləri:

  • İş rejimi:  5 gün 09:00 – 18:00

  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "İstehsalın optimallaşdırılması üzrə mühəndis" başlığı altında göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Azertexnolayn

Azertexnolayn

Manufacturing

Azertexnolayn MMC Azərbaycanda fəaliyyət göstərən sənaye və texniki avadanlıqların satışı və xidmətləri üzrə ixtisaslaşmış şirkətdir. Şirkət müxtəlif sahələr üçün (istehsal, tikinti, energetika və texniki xidmət istiqamətləri) müasir texnoloji həllər və avadanlıqlar təqdim edərək yerli bazarda etibarlı tərəfdaş kimi tanınır. Azertexnolayn fəaliyyətində keyfiyyətli məhsul seçimi, peşəkar texniki dəstək və uzunmüddətli əməkdaşlıq prinsiplərini əsas tutur. Şirkət beynəlxalq istehsalçılarla əməkdaşlıq edərək müştərilərə həm avadanlıq təchizatı, həm də satışdan sonrakı texniki xidmətlər göstərir və sənaye müəssisələrinin səmərəliliyinin artırılmasına töhfə verməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13584

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000