Ana Səhifə
Vakansiyalar

Suvarma qurğuları üzrə operator (Beyləqan İFT)

Suvarma qurğuları üzrə operator (Beyləqan İFT)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 13 may 2026

Təsvir

  • Suvarmaya başlamazdan əvvəl pivot suvarma qurğularının texniki sazlığını yoxlamaq;

  • Su çiləyicilərinin və digər işçi hissələrin təmizliyinə nəzarət etmək;

  • Qurğuların əkin sahəsində düzgün istiqamətdə hərəkətini, iş sürətini və su təzyiqini izləmək;

  • Suvarma prosesinin fasiləsiz və düzgün aparılması üçün nasos stansiyası operatorları ilə koordinasiyalı işləmək;

  • Nasos stansiyaları və suvarma qurğuları üzrə mexanikin verdiyi tapşırıqları vaxtında və düzgün icra etmək;

  • Aşkarlanan nasazlıqlar barədə rəhbərliyə və ya aidiyyəti texniki heyətə operativ məlumat vermək;

  • İstifadə edilən avadanlıqlarla bağlı təhlükəsizlik qaydalarına riayət etmək.

Tələblər

  • Təhsil: orta təhsil;

  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;

  • Pivot və digər suvarma qurğularının iş prinsipi barədə ilkin biliklər;

  • Elektrik və mexaniki qurğulardan istifadə bacarığı;

  • Elektrik avadanlıqlarının təhlükəsiz istismar qaydalarını bilməli;

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə bilikli olmalı;

  • Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığına malik olmalı.

Necə Müraciət Etmək Olar

Prime Cotton

Prime Cotton

Manufacturing

Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13834

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya