Gözətçi (Yevlax)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 13 may 2026
Təsvir
Filialın daxilində bütün neqativ halların qarşısını almaq (münaqişə, oğurluq, qadağan olunmuş yerlərdə siqaret çəkmə və s.);
Nəzarət buraxılış məntəqəsindən keçən şəxsləri yoxlamaq;
Xüsusi buraxılış kağızı əsasında mühafizə olunan obyektə daxil olan qonaqların qeydiyyatını həyata keçirmək;
Spirtli içki qəbul etmiş şəxslərin mühafizə olunan ərazilərə girişini məhdudlaşdırmaq;
Qıfılların, qapıların, möhürlərin, gözətçinin texniki avadanlığının vəziyyətini yoxlamaq;
Obyektə (təhlükəsizlik dərəcəsindən aslı olaraq) giriş-çıxış zamanı adamların əl çantalarını yoxlamaq;
Təlimata əsasən tapşırılan obyekti müəyyən olunmuş vaxt çərçivəsində gözətləmək;
Obyektə gətirilən və ya çıxarılan mal-materialın, maşın və texnikanın qeydiyyatını aparmaq;
Geyim qaydasına riayət etmək;
Baş verən hadisə barədə gözətçi rəhbərinə mütəmadi olaraq məlumat vermək.
Tələblər
İş təcrübəsi:
Mühafizə sahəsində minimum 1 il iş təcrübəsinin olması vacibdir;
Növbələrin idarə olunması prosesində iştirak təcrübəsi arzuolunandır.
Təhsil:
Ali və ya orta ixtisas təhsili arzu olunandır.
Texniki və funksional biliklər:
Sənədlər əsasında işləmə bacarığı tələb olunur;
Mal-material dövriyyəsi zamanı sayım prosesində iştirak etmək, sənədlərdəki say və ad uyğunluğunu yoxlamaq bacarığı.;
Açıq ərazilərdə mal-materialın təhlükəsiz və mühafizəli yerləşdirilməsinin təşkili üzrə anlayış və təcrübə;
Kompüter bilikləri (qeydiyyat sistemlərində işləmək bacarığı) arzuolunandır.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13832
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+