Gözətçi rəhbəri (Beyləqan)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 13 may 2026
Təsvir
Filialda gözətçi xidmətinin işini təşkil etmək və idarə etmək;
Gözətçilərin iş qrafikini tərtib etmək və icrasına nəzarət etmək;
Növbə dəyişmələrinin düzgün aparılmasına və təhvil-təslim prosesinə nəzarət etmək;
Gözətçilərin iş yerlərində olmasını yoxlamaq, ehtiyaclarını vaxtında müəyyən etmək və aradan qaldırılmasını təmin etmək;
Gözətçilərin etik davranış qaydalarına, geyim normalarına və daxili prosedurlara əməl etməsinə nəzarət etmək;
Tabeliyində olan mühafizə heyətinin intizamına görə məsuliyyət daşımaq;
Gözətçilərə peşə öhdəliklərinin icrası ilə bağlı təlimat və göstərişlər vermək;
Aparılmış gündəlik qeydiyyat əsasında region mühafizə rəhbərinə hesabat təqdim etmək;
Gözətçilərin sənədləşmə işlərinin düzgün və vaxtında aparılmasına nəzarət etmək.
Tələblər
Ali təhsil (təhlükəsizlik, hüquq, idarəetmə və ya digər müvafiq sahələr üzrə);
Mühafizə və təhlükəsizlik sahəsi üzrə əsas biliklərə malik olmaq;
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
Güclü analitik və məntiqi düşünmə bacarığı, risklərin qiymətləndirilməsi və operativ qərarvermə qabiliyyəti
Çarpaz funksional əməkdaşlıq və problemlərin operativ həllini təşkil etmə bacarığı;
Gözətçi heyəti ilə işləmə, intizamı təmin etmə və motivasiya bacarıqları;
Məsuliyyətlilik, dəqiqlik, çeviklik və təşkilatçılıq qabiliyyəti;
Stressə davamlılıq və fövqəladə situasiyalarda operativ fəaliyyət göstərə bilmək bacarığı;
Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
Yüksək nəzarət və hesabatlılıq vərdişləri.
İş təcrübəsi:
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (mühafizə xidməti, təhlükəsizlik və ya oxşar sahələrdə rəhbər
vəzifədə təcrübə üstünlükdür);
Növbələrin idarə olunması prosesində iştirak təcrübəsinin olması.
Texniki və funksional biliklər:
Sənədlər əsasında işləmə bacarığı tələb olunur;
Kompüter bilikləri (qeydiyyat sistemlərində işləmək bacarığı) arzuolunandır.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13833
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+